Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    KURSLAR TƏŞKİL OLUNUB

    DSC_80702015-ci il noyabırın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlıqla bağlı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabır tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramı”-nın seçki komissiyalarına aid olan hissəsi ilə əlaqədar 21 avqust 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirədən sonra 24-26 avqust 2015-ci il tarixlərdə 95 saylı Tərtər Dairə Seçki Komissiyası Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı ilə tədris cədvəli üzrə 3 günlük kurslar təşkil edib. Kurslarda Dairə Seçki Komissiyasının 9 üzvü və 38 seçki məntəqəsinin sədrləri iştirak ediblər.

    Eyni zamanda kurslara rayon ərazisində fəaliyyət göstərən digər məcburi köçkün seçki dairələrinin seçki məntəqələrinin sədrləri də dəvət olunmuşdular.
    Kurslarda “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması istiqamətində yerli icra və bələdiyyə qurumlarının rolu”(məruzəçi RİH başçısının birinci müavini Ramiz Şabanov), “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” (mə-ruzəçi rayon məhkəməsinin hakimi Həsən Qəniyev),”Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” (məruzəçilər Mərkəzi Seçki Komissiyasının nümayəndələri İsmayıl Abbasəliyev, Şirzad Məmmədov),” Seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” (məruzəçi Tərtər rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Hüseynov),” Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” (məruzəçi rayon prokurorluğunun əməkdaşları Rəşid Bayramov, Samir Abbasov) mövzusunda çıxışlar olubdur. Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev seçkilərə hazırlıqla əlaqədar görülmüş işlərdən və Milli Məclisə seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi sahəsində məntəqə seçki komissiyasının fəaliyyəti və onların vəzifələri barədə söhbət aparılıb.
    Dairə Seçki Komissiyasının sədri Həmid Mehtiyevin verdiyi məlumata əsasən Seçki Dairəsi üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələr üzrə seçicilərin ümumi sayı hazırda 37539 nəfər təşkil edir. Seçici siyahıları üzərində gündəlik dəqiqləşmələr aparılaraq vəfat edənlər, qeydiyyata düşənlər, qeydiyyatdan çıxanlar və hərbiyə gedənlərin uçotu dəqiqləşdirilir.
    Seçkidə 8 seçki məntəqəsində (1,2,3,4,5,6,10,31 saylı seçki məntəqələrində) VEB kameraların quraşdırılması nəzərdə tutulub.
    Məntəqə seçki komissiyaları lazım olan təlimat və izahlarla təmin olunub.
    Seçki məntəqələri 1 sentyabr 2015-ci il tarixdən etibarən tam tərkibdə fəaliyyətə başlayıblar. Dairə Seçki Komissiyası məntəqə seçki komissiyaları ilə müntəzəm olaraq öz işini əlaqələndirir.
    Hal-hazırda deputatlığa namizədlərin irəli sürülməsi prosesi gedir. Namizədliyi irəli sürülən hər bir vətəndaş üçün Dairə Seçki Komissiyasında qanunvericiliyə uyğun olaraq lazımi şərait yaradılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:26

    Teqlər:

İsmarıclar bağlıdır.