Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    IMG-20150913-WA00011Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox əziyyət çəkən kəndlərimizdən biri də Çaylıdır. Müharibə zamanı kəndin infrastrukturu tamamilə dağıdılmış, yaşayış evləri bərbad hala düşmüşdür.
    Buna baxmayaraq, 20 ildən çoxdur ki, insanlar təmas xəttinin cəmi 100 metrliyində, 3 tərəfdən düşmən əhatəsində mərdliklə yaşayır və işləyirlər.
    Kənddə elektrik enerji-sinin olmaması rayon rəhbərliyini də ciddi narahat edirdi. Bu günlərdə həmin problem həll olundu. Çaylıda yeni transformator quraşdırıldı, yüksək gərginlikli xətlər çəkildi, evlərdə sayğaclar qoyuldu.
    Kənd sakini Dağıstan Şahvələdov:
    – Sevincimizin həddi-hüdudu yoxdur. Çünki mənfur ermənilərin gözləri qarşısında kəndimiz işıqlığa çıxdı. Evlərdən musiqi səsi gəlir, soyuducular işləyir, qadınlar rahat şəraitdə xörək hazırlayırlar. Bizə qayğı göstərən möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:23

    Teqlər:

İsmarıclar bağlıdır.