Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
-
21Sen
Müəllif: Redaktor, 10:41
Teqlər: Xəbərlər