Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    qalaalti-resort-127 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.
    Ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verib. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması olub. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə turizmin inkişafına güclü təsir edən hadisələrdən biri də “Bakı 2015”Avropa Oyunlarının keçirilməsi oldu. Bu oyunlar ölkəmizin turizm imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi.
    Hazırda “Göygöl” milli parkının turistlərin ixtiyarına verilməsi ölkəmizdə turizmin inkişafına göstərilən sonsuz diqqətin daha bir nümunəsidir.
    Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçi- rilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyasının mühüm rolu var.

    Müəllif: Redaktor, 10:45

    Teqlər:

İsmarıclar bağlıdır.