Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    “Kainat” Tədris Mərkəzi 1993-cü ildə Bakı şəhərində təhsil və sosial layihə kimi təsis olunub. Mərkəz azyaşlıların məktəbəqədər, orta məktəbə şagird, ali məktəbə abituriyent, magistraturaya tələbə, dövlət qulluğuna kadr hazırlığı, xarici dil kursları, eləcə də müxtəlif yaş qruplarına aid məntiq və təfəkkürün inkişafına yönəlmiş çoxşaxəli tədris prosesini cəmləşdirən bir təşkilatdır. “Kainat” Tədris Mərkəzi Bakıda beş filial olmaqla ölkənin müxtəlif regionlarında filial və nümayəndəliklə fəaliyyət göstərir. Kursun qəbul imtahanına hazırladığı məzunlar adətən 600-dən yüksək bal toplamaqla seçilirlər.
    “Kainat” Tədris Mərkəzi 2013-2014-cü tədris ilindən etibarən Tərtər rayon məktəblilərinə yüksək keyfiyyətlə xidmət göstərir. Fəaliyyətinə sınaq imtahanlarının keçirilməsi ilə başlayan “Kainat” Tədris Mərkəzi rayonumuzun gənc-lərindən ən yüksək bal toplayan 10 abituriyentə ilk dəfə olaraq ödənişsiz imtahan kuponları hədiyyə etdi. Bu güzəştlərdən daimi istifadə etmək hüququ qazanan bir neçə məzun “Kainat” Tədris Mərkəzinin Fəxri Fərmanlarına layiq görülüb.
    Onlardan Səidə Hüseynzadə, Şəfəq Mehdizadə, Günel Məmmədzadə, Kubra Şükürzadə kimi abituriyentlərin adlarını çəkmək olar.
    “Kainat” Tədris Mərkəzi 2014-2015-ci tədris ilində Tərtər rayonunda hazırlıq kursu xidmətləri göstərməyə başladı. Həmin ilin aprel ayında keçirilən kursa qəbul imtahanında ən yüksək bal toplayan bir nəfər ödənişsiz olmaqla 10-dan çox şagird kursda güzəştli təhsil almaq hüququ qazanmışdır. 2014-2015-ci tədris ili üçün ali məktəbə qəbul imtahanında “Kainat” Tədris Mərkəzinin bir nəfər məzunu, Güləbatli kəndindən Əsmər Şükürlü 613 bal toplayaraq adını rayonun bilikli tələbə gəncləri sırasına yazdırdı. Bununla da “Kainat” Tədris Mərkəzinin Tərtər rayon filialı sınaq ilini uğurla başa vurdu.
    Hazırda Mərkəzin Tərtər filialı şəhərimizin Nizami küçəsi, 37 ünvanında fəaliyyətini davam etdirir. Şagirdlərlə yüksək metodiki və elmi təcrübəsi olan müəllimlər məşğul olurlar. Həmçinin onların kursa gediş-gəlişinin təmin edilməsi məqsədilə iki istiqamətdə-“Tərtər- Köçərli” və “Tərtər-Sarov” istiqamətində daimi marşrut xətti açılıb. Bu maşrutlardan kursun şagirdləri güzəştli qiymətlərlə istifadə edirlər.
    “Kainat” Tədris Mərkəzi rayonumuzun gənclərinin yüksək nəticələrə nail olmasını qarşısına məqsəd qoyub.

    Mərkəzin təsisçiləri:
    Rəşad Qarayev, Ramin Nəbiyev

    Müəllif: Redaktor, 14:14

    Teqlər:

İsmarıclar bağlıdır.