Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    GƏLƏCƏYİN YARADICILARI

    İnsanın ən böyük xoşbəxtliklərindən biri də onun xüsusi istedada malik olmasıdır. Son zamanlar ölkəmizdə və rayonumuzda bacarıqlı uşaqların
    sayı artmaqdadır. Bu istedad rəqs, musiqi, qiraət, idman və digər sahələrdə özünü göstərir. Bu qabilliyətə malik uşaqların yaradıcılığa, axtarışa xüsusi həvəsi olur. İstedadlı olduqları həmin sahə onların yüksək zirvələr fəth etməsinə səbəb ola bilər. Belə istedadlıların inkişaf etməsinə icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqəti sayəsində rayonumuzda Uşaq Gənclər İnkişaf Mərkəzinin göstərdiyi xidmət əvəzolunmazdır. Bu mərkəzin yetirmələrinin bəzilərini oxucularla tanış edirəm.
    İbrahimova Qənfirə Allahverdi qızı 2009-cu ildə Tərtər rayonunda anadan olub. Şəhər 1 saylı tam orta məktəbin şagirdidir. Gözəl şeir söyləmək qabilliyətinə malik olan Qənfirə “Bədii Qiraət” dərnəyinin üzvüdür. “Xocalı soyqırımı”, “20 Yanvar”a və eləcə də digər əlamətdar günlərə həsr olunmuş tədbirlərdə fəal iştirak edib. O, Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən 2 fəxri fərmanla təltif edilib.
    Xanlarlı Sadiq Rəfail oğlu 5-ci sinif şagirdidir. Rayon tədbirlərində fəal iştirakına görə (Zəlimxan Yaqubun “Layla, Xocalım, layla”, “Xocalı müsibəti” şeirlərini gözəl ifa etdiyi üçün) fəxri fərmanla təltif olunub.
    Xanlarlı Zərifə Rəfail qızı 6-cı sinif şagirdidir. “Məktəbdaxili ictimai işlərdə fəal iştirakına görə”, “Bənövşə” rəqsinə görə və rayonun başqa tədbirlərində fəal iştirak etdiyi üçün 6 fəxri fərmanla mükafatlandırılıb. Qiraətçidir. Bütün bunlarla yanaşı, dərnək daxilində olan rəqslərdə fəallıq göstərib. Bir neçə il əvvəl Zərifə rayonda şahmat üzrə keçirilən müsabiqədə 3-cü yerə çıxıb. Əlaçıdır.
    Allahverdili Jalə Fəxri qızı 2008-ci ildə Tərtər şəhərində anadan olub. 6-cı sinif şagirdidir. O, rəqs üzrə ümumrayon şənliklərində fəal iştirak etdiyi üçün fəxri fərmana layiq görülüb.
    Bu istedadlı uşaqlarla söhbət zamanı onların hər biri Nuranə Mahmudova və İlhamə Quliyeva müəllimlərinə minnətdarlıq ifadə etdilər.
    Mən bu məktəblilərə gələcək yaradıcılıqlarında nailiyyətlər arzulayıram.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.