Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    70-80 il əvvəl ailələrdə çoxuşaqlılıq bir adətə çevrilmişdi. Ən azı hər ailədə 4-5 uşaq tərbiyə olunurdu. Elə evlər va-rıydı ki, 9-10 uşaq, hətta 11-12 uşaq dünyaya gəlirdi və belə analara “Qəhrəman ana” adı verilirdi. Son illərdə isə bu adət dəyişməyə başladı. Əksər ailələrdəki uşaqların sayı 2-3 dəfə azaldı, təsadüfi ailələrdə ən çox 4 uşaq doğuldu.
    Bunlara baxmayaraq, dünyaya gələn hər körpə ailələrimizə xoşbəxtlik, sevinc gətirir.
    Müsəlman dünyasının Peyğəmbəri Məhəmməd Peyğəm-bər “Uşaq, Cənnət nemətlərindən biridir”, “Uşaq qoxusu, Cənnət qoxularındandır” söy-ləmişdir. Ulularımız isə uşaqsız evi məzarıstana bənzətmişlər. Müasir dövrümüzdə elə ailələr vardır ki, 1 uşaq dünyaya gətirmək üçün illərlə həkim müayinə və müalicələrindən keçməyə məcbur qalırlar. Lakin Allahın xoşbəxtlik bəxş etdiyi ailələrimiz var ki, heç bir müalicəsiz övlad sahibi olurlar.
    Təxminən 4 ay əvvəl internet saytlarında, televiziya kanalla-rında şad bir xəbər yayımlandı: cəbhə bölgəsində, düşmənlə 48 km təmas xəttində yerləşən – Tərtər rayonunun Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində üçəmlər doğulub, üçü də oğlandır. Düşündüm ki, bu körpələri ziyarətə gedib, onların valideynləri ilə tanış olum. Bu görüşüm bir qədər uzandı…Artıq bu körpə üçəmlərlə və valideynləri ilə üz-üzəyik. Maşallah, sapsağlam körpələrdir! Əli, İbrahim və Cüm-şüd. Ata-ana isə gənc ailədir. Vasif və Gülər Allahverdiyevlərin ilk uşaqları da oğlandır, 3 yaşı var Allahverdinin. Üçəmlərin dünyaya gəlişi gənc ailənin sevincinə sevinc qatıb. Ana hələ hamiləlik dövründə heç bir narahatlığı olmadığını bildirdi. Hətta müayinədən keçən zaman həkimlərin: “Əgər istəməsən, dölün ikisini götürdə bilərsən”,– sözünə sərt reaksiya bildirib: “Allah belə istə-yib, belə də verib”,– deyib.
    Onunla söhbət zamanı bildirdi:
    –Mənim hamiləlik zamanı 7 aylığına kimi heç bir narahat-çılığım olmadı. Amma 8-ci ayda təzyiqim oldu. Ona görə də Bakı şəhərində 8 aylıqda keysəriyyə əməliyyatı ilə uşaqları götürdülər. Nə ilk günlərdə, nə də indi məndə və körpələrdə də heç bir narahatlıq yoxdur.
    Uşaqları saxlayıb böyütməkdə çətinliklərin olub-olmaması ilə maraqlandım.
    –Yaşadığımız ərazidə feldşermama məntəqəsində qeydiyyata götürülmüşük. Məntəqənin həkim və tibb bacıları tez-tez gəlib uşaqlara və mənə öz qayğılarını göstərirlər. Ailədə isə qaynanam Ayna, qaynımın həyat yoldaşı Sevda və anam köməklik edirlər. Əl-bəttə, azyaşlı uşaqları saxlayıb böyütmək çətindir. Amma ailəmizin, doğmalarımın qayğısı sayəsində bu çətinliyin öh-dəsindən gələ bilirik.
    Üçəmlərin doğulması ilə ailədə yaranmış əhvalruhiyyə bizə də xoş təsir bağışladı. Balaca Allahverdinin bir dəfəyə üç qardaşının doğulması onu göstərir ki, Vətən uğrunda şə-hid olmuş oğullarımızın yerini tutan igidlərimiz dünyaya gəlir. Gələcəyin əsgərləri olan Allahverdi, Əli, İbrahim və Cümşüd düşmən qarşısında bir sədd olaraq, Vətənimizin və onun insanlarının müdafiəçisinə çevriləcəklər. Bu körpələrin sağlam və gümrah böyüməsi isə ailənin ata-anadan, nənələrdən-babalardan və ümumiyyətlə, cəmiyyətimizdən asılıdır. Məhəmməd Peyğəmbər demişdir: “Uşaqlarınıza yaxşı baxın! Onları gözəl tərbiyə edin. Uşaq sevgisi Cəhənnəm atəşinə qarşı pərdədir”.

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.