Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Bu tarix isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək surətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli Lideri-miz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən sonrakı dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başladı. Çünki Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğıların arxasında “Təhsil millətin gələcəyidir” fikri durmuşdur.
    Təbii ki, bütün bunları nəzərə alaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması, digər yüksək səviyyəli işlərin icrası və nizamlı şəkildə aparılması möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçi-rilməklə uğurla davam etdirilir. Eyni zamanda unutmaq olmaz ki, yeni məktəblərin tikilməsində, müasir və yeniliklərin yaradılmasında, təhsilimizin belə yüksək səviy-yədə inkişafa qədəm qoymasında, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci – vitse prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır.
    Təhsilimiz haqqında qeyd olunan müsbət faktların Tərtər təhsilində də öz əksini tapması məhz millətimizin işıqlı gələcəyindən xəbər verir. Çünki təhsili yüksək olan millət həmişə sivilizasiya dövründə yaşayır. Hər il olduğu kimi rayon məktəblərində şagirdlərdə özlərinə inam yaratmaq məqsədilə qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək üçün sinifdənxaric tədbirlər həyata keçirilmiş, müsabiqələr, elm və idman yarışları, olimpiadalar təşkil olunmuşdur. Rayonun ümum-təhsil məktəbləri respublika müsabiqələrində iştirak etmiş və müəyyən yerlər qazanmışlar.
    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, TN-nin tədbirlər planına uyğun olaraq IX-XI sinif şagirdləri arasında, “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Nəticədə Tərtər şəhər 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məmmədli Aysel Firdovsi qızı res-publika mərhələsində iş-tirak etmək hüququ qazanaraq həvəsləndirici yerə layiq görülmüş diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Eyni zamanda Təhsil Na-zirliyi tərəfindən keçirilən fənn olimpiadalarında respublika mər-hələsində şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Babazadə Aysu İltimas qızı coğrafiya fənnindən və şəhər 2 nömrəli məktəbliseyin IX sinif şagirdi Rüstəmova Ləman Mehman qızı Azərbaycan dili fənnindən iştirak edərək sertifikat qazanmışlar.
    Avropa şurasının 70-illik yubileyi ilə əlaqədar gənclər fondunun təşkil etdiyi, “Gəncliyin av-ropalısını təsəvvür edər-kən” mövzusunda keçirilən yazı müsabiqəsində Qarağacı kənd tam orta məktəbin X sinif şagirdi Fətixanova Nazən Natiq qızı respublika mərhələsində II yerə layiq görülmüşdür.
    Cari tədris ilində respublikanın ali məktəblərinə rayonun ümum-təhsil məktəblərinin tam orta təhsilini bitirən 601 şagirddən 393 nəfəri (65%) qəbul imtahanla-rında iştirak etmişlər. Qəbul imtahanlarının nə-ticələrinə əsasən rayonumuzun 236 məzunu (imtahanda iştirak edənlərin 60%-i) ali məktəblərə qəbul olunmuşdur.
    Rayon üzrə 4 nəfər 600-dən yuxarı, 29 nəfəri 500-dən yuxarı bal toplamışlar ki, təhsilimizi zirvələrə aparan məzunlarımızı alqışlayır, onlara ali məktəb həyatında daha da böyük uğurlar arzulayırıq.
    Nailiyyətlərimizə həmişə Azərbaycan Dövləti layiqli qiymətlər verib. Belə ki, rayonumuzun müəllimlərindən son il-lərdən 8 nəfəri “Əməkdar müəllim” fəxri adına, 6 nəfəri “Tərəqqi” medalına, 10 nəfəri isə TN-nin “Qabaqcıl təhsil işqisi” döş nişanına layiq görülüb.
    Xüsusi qeyd etmək lazımdır ki, Tərtər rayon rəhbərliyinin təhsilimizə həmişə qayğı ilə yanaşması bir daha biz təhsil işçilərinə stimul verir ki, daha da yaxşı işləyək.
    Millətin gələcəyi olan təhsildə rayonumuzun bütün müəllim ordusuna uğurlar arzulayıram.

    Müsaməddin
    QURBANOV,
    RTŞ-nin metodisti

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.