Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik.Emin Quliyev Soyulan İnzibati Ərazi Dairəsinin Qapanlı (İndiki Alışarlı) kəndində doğulub, boya-başa çatıb. Uşaqlığı qaynar kənd həyatında keçib. Emin, təhsilin ilk əlifbasına da burada – Soyulan kənd tam orta məktəbində yiyələnib. Həmyaşıdları kimi o da əsgəri xidmətini çəkib. Bu müddətdə hərbi hissə tərəfindən valideynlərinə təşəkkür məktubları və tərifnamələr gəlib. Hərbi xidmətdən sonra Moskva şəhərində yaşayıb. Ali təhsilini qiyabi yolla bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2010-cu ildən Uşaq Gənclər İdman Məktəbində futbol üzrə məşqçi müəllim işləyib.
    İstər təhsil aldığı illərdə, istər hərbi xidmət zamanı, istərsə də əmək fəaliyyəti dövründə öz işinə məsuliyyətlə yanaşıb, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən insanlardan olub. Söhbətimiz zamanı onun məsuliyyətinin, özünə qarşı tələbklarlığının bir daha şahidi oldum. Emin müəllimin bu xüsusiyyətləri ictimai–siyasi həyatda fərqlənən bir şəxs olmasından xəbər verir.
    Emin Quliyev söhbət zamanı onu da bildirdi ki, o, 2015-ci ildən Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinə direktor təyin olunub. 2017-ci ildən isə idman məktəbi şahmat məktəbi ilə birləşərək Uşaq Gənclər İdman Şahmat Məktəbi olub. Əvvəllərdə yeniyetmə və gənclər arasında idmana qarşı maraq az idi. Lakin dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı insanların marağını günü-gündən artırdı. Yeni şahmat məktəbinin, idman komplekslərinin inşası bacarıqlı idmançıların yetişməsinə səbəb oldu. Rayonumuzda bir necə il əvvəl gənc idmançılarımızın sayı müxtəlif idman növləri üzrə çəmi 220 nəfər idi-sə, bu gün bu rəqəm 480 nəfərə yaxındır. Onların bu yaraşıqlı idman ocağına çəlb edil-məsində məşqçi müəllimlərlə yanaşı Emin müəllimin də xüsusi zəhməti var. Bu gərgin zəhmətin nəticəsi olaraq rayonumuzda adını idman tarixinə yazdıran gənclərimizin sayı gündən-günə artır. Emin Quliyevin zəhməti dəfələrlə rayon rəhbərliyi tərəfindən “Fəxri Fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Əlbətdə, rayon rəhbərinin diqqət və qayğısı Emin müəllimin işə olan marağını daha da artırır.
    Emin Quliyev hər il “Ölkəmizi tanıyaq” layihəsində rayonumuzu təmsil edən gənclərlə birgə təhsil şöbəsinin nümayəndəsi kimi iştirak edir. O, bu turaksiyanın gənclərimizin yaddaşında həkk olunması üçün əlindən gələni edir. Çalışır ki, yeniyetmə və gənclərimiz bütün sahələrdə hərtərəfli dünyagörüşlü , intellektli və savadlı olsunlar.
    Onu da bildirim ki, Emin Quliyev 2 oğul atasıdır. Onların da məsuliyyətli, bacarıqlı və savadlı böyüməsi üçün çalışır.
    Emin müəllim! Sizə yeni-yeni uğurlar arzula-yırıq.
                                                                                                                                                                                               Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:51

İsmarıclar bağlıdır.