Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Tərtər şəhərinin Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbində “Unutsaq, unudularıq” mövzusunda tədbir keçirildi.
    Məktəbin tarix müəllimi Kifayət Kərimova tədbiri açıq elan etdi.
    Tədbirdə məktəbin bütün müəllimləri, şagirdləri, təhsil şöbəsinin nümayəndəsi, valideynlər iştirak edirdi.
    Məktəbin direktoru Dilşad Məmmədova, dərs hissə müdiri İlahə Şirinova, ədəbiyyat mü-əllimləri Sevil İsmayılova, Lüdmila Hümbətova çıxış etdilər.
    Şagirdlər Azərbaycanın dövlətçilik tarixindən və qədim şəhərlərindən danışdılar. Məktəbə dəvət olunmuş saz aşığı Seyfəli Məmmədov qəhrəmanlıq nəğmələri Koroğlu, Nəbi haqqında mahnılar ifa etdi.
    Məktəbin məzunu Əli Tağıyev tar calaraq tədbirə yeni ruh gətirdi. Məktəbin şagirdləri Fatimə, Hüseyn, Anar, Ayla, Ömər, Xaliq fəallıq göstərdilər. Belə tədbirlərin məktəbdə silsilə şəklində davamlı keçirilməsi nəzərdə tutulmuşdur.
                                                                                                                                                                                                Nigar SULTANİ,
                                                                                                                                                    3 saylı məktəbin ibtidai sinif müəllimi

    Müəllif: Redaktor, 11:41

İsmarıclar bağlıdır.