Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Şəhid Sarvan Quliyev adına Şıxarx 2 saylı tam orta məktəbində keçirilən yarışma uşaqların bilik səviyyəsinin artırılınası məqsədini daşıyırdı. Müsabiqə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunmuşdu. Məktəbin fiziki tərbiyə müəllimi Faiq Məmmədovun və sinif rəhbəri Kəmalə Əliyevanın təşəbbüsü ilə keçirilən bu yarışmada 13 nəfər 5-ci sinif şagirdi iştirak edirdi. Tədbir valideynlərin iştirakı ilə aparılırdı.
    13 nəfər şagirdin hər biri məktəb direktoru tərəfindən fəxri fərmanla təltif olundu. 1-ci yeri tutan Günay Zeynalova, 2-ci yeri tutan Yaqut Budaqova və 3-cü yerin qalibləri Elnur Qənbərli və Güləbətin Məhərrəmli medalla mükafatlandırıldılar.
    Müəllim Faiq Məmmədov dedi ki, bilik yarışmasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Bu yarışmaların ibtidai sinif şagirdləri arasında aparılması uşaqların daha yaxşı oxumalarına səbəb olur.
    Şıxarx 2 saylı məktəbin müəllim kollektivi təhsilin səviyyəsini artırmaq üçünvar qüvvə ilə çalışır. Müəllimlərin gündəlik məqsədidir ki, məktəbdə yaxşı oxumayan şagird olmasın.
                                                                                                                              “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:44

İsmarıclar bağlıdır.