Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Изображение 062Seydimli kəndi rayon mərkəzinə ən yaxın olan iri yaşayış məntəqələrindən biridir. Burada 603 ailədə 2716 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, 304 nömrəlik elektron ATS, 15 ticarət, 3 məişət xidməti obyekti, kitabxana, avtomobil təmiri sexi kənd əhalisinə xidmət göstərir. Bura rayonumuzun ən müasir kənd-lərindən sayılır.
    Bütün bunlar barədə ətraflı məlumat verən kənd icra nümayəndəsi Güloğlan Kərimov onu da bildirdi ki, burada abadlaşdırma işləri daim diqqət mərkəzində saxlanılır. Kəndarası yolların sahmana salınması işləri davam edir. 3 km məsafədə yola çınqıl daşınıb yayıldığı üçün gediş-gəliş xeyli asanlaşıb. Kənd qəbiristanlığına gedən yol da düzəldilib. Qəbiristanlığın ətrafı abadlaşdırılıb. Burada 16 metr uzunluğunda çardaq düzəldilib, üstü şiferlə örtülüb, içərisinə oturacaqlar qoyulub. Su xətti çəkilib və çən quraşdırılıb. Bu işlər “AzKİl” şirkəti tərəfindən həyata keçirilib.
    Hazırda kənddə qaz çəkilişi sürətlə davam etdirilir. İlin sonunadək evlərə “mavi yanacaq” verilməsi nəzərdə tutulub. İşləri “Ağ Naftalan” şirkəti görür.
    Camaatın əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kəndin əsas əkin sahəsi 683 hektardır. Fermerlər və ailə-fermer təsərrüfatlarının üzvləri 495 hektar sahədə yonca, 55 hektarda buğda, 88 hektarda arpa, 5 hektarda qarğıdalı və digər bitkilər əkib-becərirlər.
    Əkin sahələrinin suvarılması üçün 6 subartezian quyu-sundan və axar sudan istifadə olunur. Subartezianların 2-si bu il vurulub. Onların da biri içməli, digəri isə suvarma üçün nəzərdə tutulub. İçməli su artezianından kənddə 30 evə su xətti çəkilib. 2 ədəd subartezian quyusunun yanmış nasosları təmir olunaraq işə salınıb.
    Söhbət zamanı öyrəndik ki, bu il kənddə iki şəhid ailəsi üçün yaşayış evinin inşasına başlanıb. Evlərin tikintisi yaxın vaxtda başa çatdırılacaq. Bu iş dövlət vəsaiti hesabına görülür.
    Qeyd etdiyimiz kimi, kənd sakinləri əkinçiliklə yanaşı həm də heyvandarlıqla məşğul olur. Kənddə 990 baş iri-buynuzlu mal-qara və 2910 baş qoyun, keçi bəslənilir.
    Kənd sakini, sahibkar Vahid Musayevin quşçuluq sexi vardır. İnqubatordan mövsüm ərzində 13 min başdan çox quş alınmışdır ki, kənd sakinləri də bundan daim bəhrələnirlər. Belə ki onlar inqubatora həm yumurta verib cücə alır, həm də çolpa götürüb, qapıda bəsləyirlər.
    Kəndin bir özəlliyi də ondadır ki, “Tərtər-Gəncə” magistral yolu onun tən mərkəzindən keçir. Ulu Öndər Heydər Əliyev çox gözəl deyib: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.”
    Seydimlilər belə gözəl həyat yaşayırlar.

    Əvəz Nəsirov

     

    Müəllif: Redaktor, 13:40

    Teqlər:

İsmarıclar bağlıdır.