Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

       

    Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhid ailələri ilə görüşləri davam etdirir. Bu günlərdə növbəti görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvüləri Azər Ağayev, Kamil Məmmədov və bir qrup fəal YAP üzvləri rayonun İsmayılbəyli kəndindən Şəhid Əlizadə Elşən Faiq oğlunun və Sarıcalı kəndindən Şəhid Məmmədov Mehdi Elçin oğlunun ailələrini ziyarət etdilər. İsmayılbəyli kəndinin Şəhidi Əlizadə Elşən Faiq oğlu və Sarıcalı kəndindən Şəhid Məmmədov Mehdi Elçin oğlu Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişlər.
    Hər iki Şəhid ölümündən sonra göstərdikləri şücaətlərə görə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilmişlər. Şəhid ailələri ilə keçirilən görüşlərdə torpaqlarımızın azad-lığı uğrunda aparılan 44 günlük Vətən müharibəsinin tariximizə qızıl hərflərlə yazılmasında Şəhidlərimizin qəhrəmanlığından və yaddaşlara əbədi həkk olunmalarından da-nışıldı. Şəhid valideynləri ölkəmizdə Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən, xüsusilə Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiribər.
    Rayon təşkilatının sədri Ramiz Şabanov Şəhid valideynlərinin problemləri ilə maraqlandı və lazımi köməklik göstərdi.
    YAP Tərtər Rayon Təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhidlərin valideynləri ilə görüşləri mütəmadi olaraq davam etdirir və onların qayğılarını öyrənərək yardım etməyə çalışır.

     

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.