Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

                                                       ÖLÜMÜN ASTANASINDA

    Bu cəsur, igid oğul 1994-cü il sentyabrın 25-də Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olub. Yeniyetməlik dövrü elə həmin kənddə keçib, orta məktəb təhsilini də elə orada alıb. 2012-ci il oktyabrın 5-də həqiqi hərbi xidmətə çağrılıb. Vətənə borcunu ləyaqətlə başa çatdırıb. Qisməti onu xidmət müddətindən sonra Tərtərə gətirib. Anası Qərənfilin dayısıgilin yanında torpaq alıb, orada ev tikdiriblər. İnqilab ananın tək övladıdır. Əslən Kəlbəcərlidirlər.
    2016-cı ilin Aprel döyüşlərindən sonra İnqilab orduda müddətdən artıq xidmət etmək qərarına gəlir. Hərbi hissələrin birində kurs keçdi. Tərtərdəki “N” saylı hərbi hissədə moto-atıcı briqadanın kəşfiyyat bölüyündə kəşfiyyatçı-snayper oldu. 44 günlük Vətən müharibəsi başlayan vaxt artıq 5 il idi ki, orduda xidmət edirdi.
    Müharibə başlayanda İnqilabın xidmət etdiyi bölüyə əmr verildi ki, onlar Talış kəndi istiqamətində müdafiəyə qoşulmalıdırlar. 27 sentyabrın səhər çağı düşmənin atdığı raket və toplar müharibənin başladığından xəbər verdi. İnqilabgilin bölüyünə hücum əmri verildi. 6 saat müddətinə düşmən həmləsinin qarşısı alınmalı, ermənilərin yerləşdiyi yüksəklik ələ keçirilməli idi. Az vaxta düşmənin istehkamı dağıdılaraq təyin olunmuş yüksəklik hərbiçilərimizin nəzarətinə götürüldü. Bu uğur asanlıqla qazanılmadı.
    İnqilab döyüş xatirələrindən danışaraq dedi:
    – Döyüşə başlayan anda düşmənin snayperçisini və köməkçisini vuraraq silahını götürüb heyətə tərəf döndüm. Bu vaxt yanıma əl qumbarası düşdü və mən qollarımdan, bədənimin xeyli hissəsindən yara aldım. Ətrafımdakı döyüş yoldaşlarım da – Tərtər rayonunun Əksipara kəndindən olan Ayşad Əzizov, Salyanlı Əjdər Dadaşov, Goranboylu Cahangir Qurbanov da şəhid oldular. Həmin an mənim də həlak olduğumu bilib şəhidlərlə birlikdə Naftalan şəhər xəstəxanasına göndəriblər. Orada təsadüfən sag qaldığımı görüb, təcili helikopterlə Papalin hospitalına göndəriblər. Həkimlərin səyi nəticəsində gözümü hospitalda açmışam. Bir ay orada malicə götürüb yenidən hərbi hissəyə qayıtdım. Lakin barmaqlarımın və qolumun işləmədiyini bilib, mənim döyüşə qatılmağıma icazə vermədilər.
    Bir günlüyə icazə alıb anamla görüşüb qayıtdım hərbi hissyə. Hazırda müalicə alıram. Arzum Müzəffər Ordumuzun tərkibində xidmətimi davam etdirməkdir.
    İnqilab onu da bildirdi ki, Ali Baş Komandanın əmri ilə “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “ Laçının azad olunmasına görə”, “Talışın azad olunmasına görə” medalları ilə təltif olunub. O bu gün həyatda yaşadığına görə döyüşçü yoldaşlarına və tibb işçilərinə minnətdarlığını bildirdi.

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.