Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceu-ticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.
    Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müs-təqim Məmmədov rayon mərkəzi xəstəxanasına gələrək Bakı şəhərindən gələn həkimlərlə, müayinəyə gələn şəhidlərin ailə üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu xeyirxah aksiyanın düşmən vandalizminə daha çox məruz qalan Tərtər rayonunda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Qeyd olundu ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilir.
    Bu təmənnasız tibbi xidmətdən yararlanan şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ak-siyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.