Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
    Bunun nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
    Ermənistan ərazisindən, eləcə də Xankəndi şəhərindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.
    Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Tovuz, Şəmkir, Tərtər, Goranboy, Gədəbəy, Füzuli rayonlarında yerləşən şəhər və kəndlərə, həmçinin Gəncə və Mingəçevir şəhərlərinə, Xızı və Abşeron rayonları istiqamətində raket zərbələri endirib.
    Ermənistan silahlı qüvvələrinin əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 27 sentyabrdan 94 nəfər mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 512 mülki obyektə və 3410 mülki evə ziyan dəyib.
    Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olundu.
    27 sentyabr tarixindən etibarən Tərtər, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Laçın rayonlarının ərazisində 300-dən artıq yaşayış məntəqəsi və yüksəkliklər, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərləri işğaldan azad edildi.
    2020-ci il noyabr ayının 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən Bəyanat imzalandı. Əslində, bu Bəyanat Ermənistanın Kaputulyasiya aktı idi və erməni tərəfi beləliklə II Qarabağ müharibəsində öz məğlubiyyətini rəsmən təsdiq etmiş oldu. Bununla da 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan Azərbaycan torpaqlarının bütövlüyü təmin olundu, Azərbaycanın şanlı ordusu öz müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə tarixi qələbəyə nail oldu.

    Müəllif: Redaktor, 11:05

İsmarıclar bağlıdır.