Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.
    Karantin qaydalarının tələblərinə əməl etməklə rayon Mərkəzi Xəstəxanasında davam etdirilən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Rayon rəhbəri ölkədə səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızı bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası,
    vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həkimlərin fədakarlığından da danışan icra başçısı göstərib ki, yeni növ koronavi-rus (COVID-19) pandemi-yası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Rayon icra hakimiyyətinin başçısı çıxışının sonunda bir daha tibb işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
    Tədbirin sonunda Tibb işçilərinin peşə bayramı mü-nasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olundu.

     

    Müəllif: Redaktor, 11:51

İsmarıclar bağlıdır.