Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyl

    Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Xidmətini rabitə hərbi hissəsində keçirib. Hərbi hissə komandiri Səməd Səmədov olub. Vüsal xidməti dövründə də fərqlənib, qabaqcıl əsgər kimi nümunə göstərib. Xidmətdən qayıdandan sonra bir müddət fotoqraf işləyib. Döyüşlərdə düşmənə qarşı amansız olan Vüsal eloğlumuz şəhidlərimizin qisasını aldığı üçün bu gün başını uca tutur. Onun fədakarlığı “Suqovuşanın azad edilməsi uğrunda” medalına layiq görülüb. İkinci Qarabağ müharibəsi iştirakçısı olan Vüsal Ağazadə 2020-ci ilin dekabr ayının 27-də ordudan təxris olunub.
    Tanrı səni qorusun! Vətən sənə oğul dedi, oğul kimi vuruşdun, oğul kimi qisas aldın və oğul kimi yaşayırsan.

    Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı,“Həkəri”nin Qəbələ müxbiri, Qəbələ rayonu, Bum qəsəbəsi

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.