Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Köçərli kənd sakinləri əvvəllər suvarmada istfadə etdikləri su arxının bərpası ilə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunma ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib.
    İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamı ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar olaraq kompensasiya-ların ödəniləcəyini bildirib.
    Rayon sakinləri görülən işlərə görə Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanla bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 11:32

İsmarıclar bağlıdır.