Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Cinayət cəzasız qalmamalıdır
    455
    Rayonumuzun bir sıra idarə, müəssisə və məktəblərində olduğu kimi Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində də Xocalı faciəsi ilə bağlı tədbir keçirildi.

    Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi.

    Aparıcılar–məktəbin VIII sinif şagirdləri Pərişan Həsənzadə və Aytac Muradlı Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Tarix müəllimi Kifayət Kərimova  o müdhiş gecədə erməni daşnaqları və onların havadarlarının Xocalıda dinc, əliyalın, köməksiz insanların başına gətirdikləri faciədən bəhs etdi.
    Rayon təhsil şöbəsində metokabinetin direktoru İntiqam Nuruyev də Xocalıların başına gətirilən müsi- bətlərdən bəhs etdi.Məktəbin direktoru Dilşad Məmmədova çıxışında göstərdi ki, bu gün belə bir tədbirin keçiriliəsi ona görə vacibdir ki, şagirdlərimiz  yadda saxlasınlar ki, zaman-zaman ermənilər bizim əbədi-əzəli düş-mənlərimizdir. Biz heç zaman bu faciəni unutmamalı, qan yaddaşımızda saxlamalıyıq.Tədbirdə iştirak edən valideyn Vaqif Orucov, məktəbin muəllimi Cəmilə Ağayeva və başqaları Xocalı faciəsindən  danışdılar, erməni quldurlarının insanlığa sığmayan hərəkətlərini lənətlədilər.

    Məktəbin aşağı sinif şagirdləri Xocalı faciəsinə aid kompozisiya göstərdilər. IV sinif şagirdləri Səbinə Əhmədli, Saleh Quluzadə, Ayxan Aslanzadə, Nərminə Zeynalzadə Xocalıya həsr olunmuş şeirlər söylədilər.

    Tədbirdə Xocalı faciəsinə aid keçirilən rəsm, şeir və inşa yazı müsabiqəsinin qaliblərinə məktəbin fəxri fərmanları təqdim olundu.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.