Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

                                                                           BOL MƏHSUL GÖZLƏNİLİR

    Pambıq universal və texniki bitki olaraq onun böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Pambığın əhəmiyyəti onun lifverən bitkilər içərisində əsas yer tutmasını təmin edir. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin istifadə etdiyi lifin 70-80%-ə yaxını pambıqdan alınırdı. Pambıq toxuculuq sənayesində əsas xammal sayılır. Bu bitkinin rayonumuzda əkilməsi ənənəvi bir formaya çevrilib. Bu il Tərtər rayonunda ötən ilə nisbətən 450 hektar artıq ərazidə pambıq əkininin işləri aparılıbdır.Yəni ötən il rayonun təsərrüfatlarında 2981 hektar pambıq əkilmişdirsə, bu il isə hal-hazırda rayonumuzda 1104 nəfər istehsalçı fermer tərəfindən ərazilərdə 3439 hektar pambıq sahəsi əkilmişdir. Bu il MKT Tərtər filialında 1809 hektar, Azərpambıq Tərtər filialında 1630 hektar fermerlərlə müqavilə əsasında pambıq əkininin təminatı işləri yerinə yetirilib. Sahələrdə alaqlara, mənənəyə, çora, pambıq sofkasına, boy tənzimləyicisinə qarşı hər iki şirkətdə kimyəvi dərmanlama işləri aparılmışdır.Həmçinin, 3439 hektar ərazidə 4 dəfə kultivasiya işləri aparılmış, 3439 hektar ərazidə 3 dəfə əllə alaqlara qarşı ketmanlama işləri aparılıbdır. Pambıq əkinlərinin suvarılmasına gəldikdə isə hər 2 şirkətdə tarlalarda fermerlər tərəfindən suvarılma işləri aqrotexniki qaydada yerinə yetirilib. Pambıq əkinlərində yüksək səviyyədə aqrotexniki qulluq qaydalarının aparılması xəbər verir ki, yaxınlaşmaqda olan mövsümi məhsul yığımında rayonumuz yenə də respublikamızda ön cərgələrdə olacaqdır. Artıq sentyabr ayının 10-dan sonra məhsul yığımı ilə əlaqədar pambıq əkinlərində növbəlilik cədvəlinə uyğun olaraq defalyasiya işləri aparılacaq. Sahələrdə pambıq yığan texnikaların, pambıq məhsulunu daşıyan traktorların və qoşquların rahat və maneəsiz vəziyyətdə işləməsi üçün hazırlıq işlərinə başlanacaqdır. Mən bir mütəxəssis kimi fermerlərə minbir əziyyətlə əldə etdikləri məhsulu tez və itkisiz yığıb tədarük məntəqələrinə verilməsində uğurlar diləyirəm.

    Arif Behbudov,
    Tərtər DAİM-in Bitkiçilik
    Sektorunun müdiri

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.