Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər gərgin zəhmət bahasına yetişdirdikləri məhsulun yığımına hazırlaşırlar. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
    Rayonda pambıq yığımına hazırlıq işləri demək olar ki, başa çatıb. Kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilib. Yaxın günlərdə sahələrdə defolyasiya işlərinə başlanılacaq. Rayonda sahələrin 90 faizindən çoxunda pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Pambıq yığımına 13 ədəd kombayn, 63 ədəd traktor, 126 ədəd qoşqu, 5 ədəd yükləyici, 11 ədəd çiləyici cəlb edəcək.
    Qeyd edək ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edib.

     

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.