Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
    Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
    Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmişşəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Şıxarx qəsəbəsi ərazisində keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Tərtər rayonunun işğaldan azad edilmiş əra-zilərində elmi tədqiqatların aparılmasına dəstək verilməsi” mövzusunda çıxış edib.
    AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar elmin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
    AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Qarabağ ElmiTədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda çıxış edib.
    Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun “Rəqabətqabiliyyətli sortların yaradılmasında müasir innovasiyaların rolu”, AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Xanbala Rüstəmov və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi Abidin Abdullayevin həmmüəllifi olduqları “Qarabağ iqtisadi rayonunda ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkilərinin seleksiyası və toxumçuluğunun rolu” mövzusunda məruzələri təqdim olunub.
    Daha sonra Qarabağ Elmi-Tədqiqat Bazasının fəaliyyətinin təşkili, gələcək istiqamətlərin müəyyənləşdirilməsi, yeni sortların yaradılması, elektron interaktiv xəritələrin hazırlanması və digər tədbirlərlə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. Müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev iştirak ediblər.
    Sonda Qarabağ bölgəsi üçün yaradılmış taxıl sortlarının sərgi nümunələri ilə tanışlıq olub və ilk toxumlar torpağa səpilib.

     

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.