Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Qədəm qoyduğumuz 2022-ci ildə əhalinin sosial rifahının qorunması yenə də dövlətimizin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edəcək. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyarddan çox şəxsi əhatə edəcək. Müavinət və təqaüdlərin, minimum əməkhaqqının artırılması rayonumuzun sakinləri tərəfindən də razılıqla qarşılanıb.

    Aslanova Səkinə, Soyulan kəndi, çoxuşaqlı ana: Çoxuşaqlı ailənin qayğıları da çox olur. Ancaq sağ olsun dövlətimiz, Prezidentimiz. İldən-ilə aldığımız müavinətlər artırılır. Elə yeniilqabağı günlərdə cənab İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən alacağımız pulun bir daha artacağı xəbərini eşitdik. Həm özümüz, həm də uşaqlar çox sevindik.
    Allah dövlətimizin başçısını qorusun. Qarabağımızı, Şuşanı almaqla, o, bizə dünyanın ən böyük sevincini yaşadıb. İndi də ölkədə böyük işlər görülməsinə baxmayaraq, yenə də hər bir vətəndaşın yaxşı yaşaması barədə düşünür. Cənab İlham Əliyevə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da möhkəm cansağlığı arzulayırıq. Onların sayəsində həyatımız gündən-günə yaxşılaşır.
    İlham Məmmədov, Əməkdar müəllim: Təhsil sahəsi dövlətimizin yerit-diyi siyasətin mühüm istiqamətlərindən biridir və bu sahənin inkişafına diqqət getdikcə artır. Belə ki, ildən-ilə inşa olunan yeni məktəb binalarının sayı çoxalır, müəllimlərin maaşları yüksəlir, onlara yüksək mükafatlar, fəxri adlar verilir.
    Biz müəllimlər həm də daimi olaraq ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını hiss edirik. Elə buna görə də ölkəmizdə böyüyən, yetişən gənc nəsil bütün dünyaya nümunədir və II Qarabağ müharibəsində onlar bunu öz əməlləri ilə təsdiq etdilər, bizə Böyük Qələbənin fəxarətini yaşatdılar.
    Ötən ilin sonlarında Prezident cənab İlham Əliyevin Sərəncamı ilə həm müəllimlərin maaşları, həm də Əməkdar müəllim fəxri adına görə verilən pulun miqdarı artdı. Beləliklə də böyük bir müəllim ordusunun günü-güzəranı daha da yaxşılaşdı. Müəllim əməyi gələcəyimizi təmin edən müqəddəs bir əməkdir. Bu sahəyə yönələn vəsait isə insan kapitalına çevrilərək ölkəmizin gücünü daha da artıracaq.
    Cəsarət Şərifov, I Qarabağ müharibəsi veteranı, II qrup əlil: Biz veteranlar daim dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Təkcə təqaüdlərimiz artmır, həmçinin müharibə iştirak-çılarına evlər tikilir, minik maşınları verilir. Fəxr etdiyimiz, qürur duyduğumuz Ali Baş Komandan İlham Əliyev sinəsini düşmən gülləsinə sipər etmiş insanları unutmur.

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.