Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev

                                                                Yaz-tarla işlərinə başlanılıb

    Artıq havada yazın ətri duyulmaqdadır. Novruzun müjdəcisi olan çərşənbələr başlayıb. Bu isə o deməkdir ki, kəndlilər yenidən tarlalara, bağlara üz tutaraq, yaz tarla işlərinə start veriblər.
    Onu da qeyd etmək istəyirəm ki, rayonumuzun torpaqları qibtəolunacaq dərəcədə bərəkətli və məhsuldardır. İqlimi əkin üçün əlverişlidir, insanları yorulmazdır. Ona görə də ildən-ilə rayonun bitkiçilik üzrə göstəriciləri ürəkaçan olur.
    Elə bu il də qabaqcıllığı əldə saxlamaq və ayrı-ayrı sahələrdə yüksək nəticələr əldə et-mək üçün işlərə başlanılmışdır.
    İlk növbədə rayon üzrə 8706 hektar sahədə əkilmiş taxıl zəmilərindəki vəziyyət barədə danışmaq istəyirəm. Əkin işləri yüksək səviyyədə və aqrotexniki qaydalar əsasında aparıldığından, taxılçılarımız yüksək bitiş alıblar. Bitiş suyunun verilməsi başa çatıb. Bəzi faraş taxıl əkini sahələrində yemləmə gübrəsinin verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri yerinə yetirilir.
    Bağçılıqla məşğul olan təsərrüfatlarda da işlərin qızğın vaxtıdır.
    Xoruzlu kəndində “Patron” şirkətinə məxsus 350 hektarı əhatə edən “Nəğməli bağ”da ağaclara aqrotexniki qaydada qulluq göstərilir, zərərvericilərə qarşı mübarizə tədbirləri görülür. Bundan başqa, Soyulan kəndində 35 hektarlıq ənənəvi xurma bağında, Seydimlidə 50 hektarlıq intensiv tipli xurma bağında yazın yaxınlaşması ilə bağlı islər sürətlənib. Bağçılığın artırılmasına böyük həvəs göstərən tərtərli fermerlər rayonun bütün digər kəndlərində də xurma, alça, ərik, gilas, fındıq və nar bağlarına qayğı ilə qulluq göstərirlər.
    Həmçinin 953 nəfər fermer MKT-nin Tərtər filialı və “Azərpambığ”ın Tərtər filialı ilə müqavilələr bağlayaraq, cari ildə rayon üzrə 3205 hektar ərazidə pambıq becərəcəkdir. 40 nəfər isə İmişli şəkər zavodu ilə aralarında bağlanmış müqavilə əsasında 200 hektarda şəkər çuğunduru əkəcək.
    Bu işlərin aparılması ilə birlikdə günəbaxan, qarğıdalı, noxud, tərəvəz bitkilərindən kartof, soğan, pomidor, lobya, badımcan və s. bitkilərin əkilməsi məqsədilə yaz-tarla işlərinə başlanılmışdır.

    Arif Behbudov,
    rayon Dövlət Aqrar
    İnkişaf Mərkəzinin Bitkiçilik
    Sektorunun müdiri

    Müəllif: Redaktor, 11:03

İsmarıclar bağlıdır.