Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Qayğıkeş ziyalı qadın

    новый-11975-ci ildə Gəncə Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirən Məxmər Cəfərovanın həyatında bir iş yeri olub – Qapanlı kənd tam orta məktəbi. Orta təhsilini əla qiymətlərlə başa vuran  Məxmər müəllim uzun illərdir ki, biliyini, bacarığını doğma kəndinin övladlarının maariflənməsinə sərf edir. Məktəbin direktoru Fitat Əliyeva deyir ki, bu müəllimin dərs dediyi şagirdlər riyaziyyatdan daim yüksək bal toplayır və ali məktəblərə qəbul zamanı uğur qazanırlar.

    Məxmər müəllim öz yetirmələri ilə haqlı olaraq fəxr edir. Onlardan Tahirə müəllim hal-hazırda özü ilə çiyin-çiyinə çalışır və vaxtilə müəlliminin ona öyrətdiyi və sevdirdiyi riyaziyyat fənnini şagirdərinə həvəslə tədris edir.

    Məktəbin məzunlarından Nərgiz Əzimli və Nərmin Əliyeva  İqtisad Universitetində, Nazənin Nəsibova BDU-nin tətbiqi riyaziyyat fakültəsində  oxuyurlar. Digərləri isə univerisitetləri bitirib müxtəlif sahələrdə müvəffəqiyyətlə çalışırlar. Bu gənclərin uğur qazanmasında Məxmər müəllimin böyük zəhməti var.

    O, əsl Azərbaycan qadınıdır. Fədakar, ailəcanlı, cəmiyyət üçün xeyirli bir insan. Xalqımıza xas olan milli adət və ənənələrimizi öz timsalında yaşadan və gələcək nəsillərə ötürən xanım 3 övlad anası, 3 nəvənin nənəsidir. Oğlu Toğrul Qafqaz Universitetini, qızı Leyla İqtisad Universitetini bitiriblər. Həyat yoldaşı Famil də riyaziyyat müəllimidir, eyni məktəbdə işləyir və həm də cəbhəyanı kəndin heç də asan olmayan ailə qayğılarını birlikdə çiyinlərində çəkirlər.

    8 Mart Qadınlar Günü münasibətilə Məxmər xanımı və onun timsalında Qapanlı kəndinin bütün cəfakeş, dəyanətli qadınlarını ürəkdən təbrik edir, onlara cansağlığı, sülh, əmin-amanlıq, ailə xoşbəxtliyi arzulayırıq.

                                                                                                       «Yeni Tərtər»

    Müəllif: Redaktor, 11:18

    Teqlər:

İsmarıclar bağlıdır.