Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

                                    Mart ayında doğulmuş tərtərli Vətən Müharibəsi şəhidləri

    Ağayev İntiqam Hüseyn oğlu
    İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. O, oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                   Aslanov Xəyal Qüdrət oğlu
    Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub.
    O, sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
                                                                      Rüstəmov Vasif Bahadur oğlu
    Vasif Rüstəmov 1960-cı ilin mart ayının 7-də Tərtər şəhərində anadan olub.
    Vasif Rüstəmov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.
    Ailəli idi. 2 övladı yadigar qalıb.

                                                                         Məmmədli Tural Aqil oğlu
    Tural Məmmədli 1998-ci il mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlib. O, noyabrın 4-də, Ordumuz Talış kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
    Tural Məmmədli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.