Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    ŞUŞA AZƏRBAYCANIN DÖYÜNƏN ÜRƏYİDİR

    Umudlu kənd tam orta məktəbində “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin Şuşaya həsr olunmuş rəsmləri və əl işləri ilə tanış olublar.
    Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa ilə bağlı fikirləri səsləndirilib.
    Məktəbin direktor əvəzi Könül Hacıyeva “Şuşa ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən, Şuşanın Azərbaycanın həyatındakı misilsiz rolundan danışıb. Qeyd edib ki, məktəbin şagirdləri “Şuşa ili” çərçivəsində keçirilən bütün yarışmalarda uğur qazanıblar. Belə ki, rayon təhsil şöbəsinin “Şuşa, sən azadsan” adlı inşa yazı müsabiqəsində Nəzrin Mehdizadə, rəsm sərgisində Nilufər Zeynalzadə 2-ci yerlərə layiq görülüblər. Rəşad Səfərli və Ramizə Qasımzadə Şuşaya aid müxtəlif əl işləri hazırladıqlarına görə məktəb tərəfindən təltif ediliblər.
    Məktəbin “Xarı bülbül” komandası rayon üzrə intellektual oyunda birinci yerə çıxaraq, Mingəçevirdə keçirilən zona yarışına vəsiqə qazanıb və burada rayonumuzu layiqincə təmsil edib.
    Tədbirdə məktəbin tarix müəllimi Qızbəs Hüseynova mövzu ətrafında geniş məruzə ilə çıxış edib. O, şagirdlərə Şuşa şəhərinin tarixi haqqında məlumat verib.
    Birinci Qarabağ müharibəsi iştirakçısı Rəhman Paşayev, qazi atası, məktəbin müəllimi Tapdıq Qasımov, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova, Umudlu kənd Folklor evinin müdiri Könül Niftəliyeva öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Şuşanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyiblər. Şagirdlərə təhsildə uğurlar arzulayıblar.
    VIII sinif şagirdlərindən ibarət “Buta” rəqs qrupunun çıxışları, şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda şeir və mahnılar maraqla qarşılanıb.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.