Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Üstünlüyümüz haqq işi uğrunda döyüşməyimiz idi

    Onların hər sözü-söhbəti bir tarixdir. Bu tarixi qələmə alanlardan isə böyük məsuliyyət və dəqiqlik tələb olunur. Buna gö-rə qazi İnqilab Qayıbovdan yazarkən çalışdım ki, qəlbindən keçənləri, yaşadıqlarını oxucularımıza özü danışdığı kimi çatdıra bilim.
    İlk dəfə İnqilab Qayıbovun adını Əskipara kəndindən olan şəhidimiz Ayşad Əzizovun ailəsində eşitdim. Dedilər ki, İnqilabla Ayşadı möhkəm dostluq telləri bağlayırmış. Həm də bir yerdə döyüşüblər. İnqilab onun son döyüşünün şahididir.
    İnqilabı redaksiyamıza dəvət etdik. Öyrəndik ki, onun ailəsi məcburi köçkündür. Əvvəlcə Bərdə rayonunun Yenidaşkənd kəndində yaşayıb, 2014-cü il-dən isə Tərtərdə məskunlaşıb. 2016-cı ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət edib və müharibə başlayan gündən döyüş əməliyyatlarına qatılıb.
    İnqilab Qayıbovun dediklərindən: “Döyüş yolum Talış istiqamətindən başlayıb. Buradakı ən yüksək strateji yüksəkliyi götürməliydik. Bu tapşırığı yerinə yetirsək, düşmənin təminat yolları və nəzarət məntəqələri ilə bütün əlaqələri kəsilirdi. Çox məsuliyyətli tapşırıq idi. Bizi tanklar mühafizə edirdi. Ərazilər minalanmışdı. Çətinlik həm də ondan ibarət idi ki, düşmən ərazi baxımından bizdən əlverişli mövqedəydi”.
    Ermənilər əlverişli mövqedə olsalar da, bizim hərbçilərimizin üstünlükləri qat-qat çox idi. Bu üstünlük haqq işi uğrunda öz torpağında döyüş aparmaqdan ibarətdi. Ona görə də bu döyüş zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Goran-boylu Cahangir Qurbanov, salyanlı Əjdər Dadaşov və Ayşad şəhid oldular, İnqilab isə ayağından yaralandı. Onun damarı zədələndiyindən çoxlu qan itirmişdi və dördünün də şəhid olduğunu biliblər. Lakin sonradan İnqilab helikopterlə Bakıya hospitala göndərilib, ancaq burada qalmaq istəməyib, yenidən cəbhəyə qayıdıb və döyüşü davam etdirib, kəşfiyyat bölüyündə vuruşub.
    İnqilab Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    İnqilab ailəlidir. İki övladı – Məhəmməd və Fatimə qazi ataları ilə fəxr edirlər.

    Səhifənin materiallarını hazırladı:

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:15

İsmarıclar bağlıdır.