Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Zəhmətimizə verilən dəyər

    Rəmziyyə Məmmədova rayo-numuzun ziyalı qadınlarından biridir. Uzun müddət Tərtərdə müxtəlif vəzifələrdə çalışıb, indi isə təqaüddədir. Həyat təcrübəsini nəvələrinə həvəslə öyrədir. Bunlardan biri də uşaqlara oxu mədəniyyətinin aşılanmasıdır.
    Özü də jurnalist ailəsində böyüyən Rəmziyyə xanım mətbuata böyük həvəs göstərir, uzun illərdir ki, bizim rayon qəzetinin oxucusudur. Onun qəzetimizə olan sevgisi nəvələrinə də keçib.
    Şəhər 1 saylı məktəbin şagirdi, dərs əlaçısı, nənəsinin adını daşıyan Rəmziyyə deyir ki, bizim evdə hamımız rayon qəzetini izləyirik. Təhsildə, idmanda qazandığımız uğurlar haqqında “Yeni Tərtər”də yazılar dərc olunanda, çox sevinirik.
    22 iyul – Milli Mətbuat Günündə nənə və nəvə redaksiyamızda olub, kollektivimizi peşə bayramı münasibəti ilə təbrik ediblər. Zəhmətimizə verilən bu dəyərə görə oxucularımıza öz təşəkkürümüzü bildiririk.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:45

İsmarıclar bağlıdır.