Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    “Azərbaycan” qəzetinin 21 iyul 2022-ci il nömrəsində baş redaktor Bəxtiyar Sadıqovun “Mətbuatın və sosial şəbəkənin “muştuluq” xəbərləri” başlığı altında verilmiş yazısı bir jurnalist kimi mənim də “ürəyimdən tikanı” çıxartdı.
    Saytlar bir-birinin ardınca ölüm xəbərlərini elə sevinə-sevinə paylaşırlar ki, gəl görəsən. Hələ vəfat edən adamın yerinə hansısa bir aparıcının, müğənninin, yaxud hörmətli bir insanın şəklini belə qoyub paylaşırlar, baxış sayı çoxalsın. Ayıbdır, vallah, ayıbdır. Yazını “ açırsan ki, bəs” ölən şəkili verilən deyil, kimsə bir başqasıdır. Özünüzü şəklini verib, yalandan “öl- dürdüyünüz” o insanların qohum-əqrabalarının yerinə qoyun, bəlkə kiminsə yaxını oxuyub, ürəyi partlayacaq. Bu şəkildə izləyici toplamaqdansa əl açıb dilənmək yaxşıdır. Onsuz da belə saytlar bütün günü mədəni dilənçiliklə məşğul olurlar.
    Saytlar hələ qətllər və oğurluqla bağlı hadisələri o qədər təsvirlə verirlər ki, həmin oğurluq hadisələrinə baxıb eyni yolla oğurluq edənlərin də sayı artıb, necə ki, bu yaxınlarda bir məşhurun övladının toyunda toya salınan nəmərləri oğurlamışdılar.
    Şou yaratmaq, süni surətdə reytinq qazanmaq, izləyicilərin, oxucuların əsəbləri ilə oynamaq kimə, nəyə gərəkdir?
    Ayıbdır, vallah, belə işlər bizə hörmət yox, xəcalət gətirir. Bəxtiyar müəllimin jurnalistlərə çağırışına səs verərək, “gəlin ağıllı, peşəkar jurnalist olaq, sensasiya ardınca qaçmayaq”, – deyirəm.

    Svetlana Əzizova,
    Tərtər rayonu, jurnalist

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.