Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.
    Rayon rəhbəri vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib. Qeyd edib ki, ölkə rəhbəri həssas təbəqəyə aid olan bu insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi qarşıya qoyub. Bizimsə borcumuz bununla bağlı vəzifəmizi yerinə yetirməkdir.
    Sonra Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş 45 “Vətən müharibəsi iştirakçısı” medalları Vətən müharibəsi iştirakçılarına təqdim olunub ki, onlardan da 3 nəfəri– Əhmədov Nəcməddin Natiq oğlu, Əhmədov Məhəmməd Mahir oğlu, Cəfərli Elvin Hafiz oğlu qazidir.
    Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezi-dent, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.