Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    2021-2022- ci tədris ilində Tərtər rayonu üzrə 647 nəfər şagird tam orta məktəblərin XI sinfini bitirib. Onlardan 440 nəfəri universitetlərə sənəd verib. Abituriyentlərdən 6 nəfəri 600-dən yuxarı, 22 nəfəri 500-dən yuxarı bal toplayıb. Tələbə adını qazanan bütün gəncləri təbrik edirik!

    600-dən YUXARI BAL TOPLAYANLAR

    Qədim Qədimli– 631 bal

    Qaradağlı kənd tam orta məktəbinin əlaçı şagirdlərindəndir. Əsrimiz kompüter-internet əsri olduğu üçün, onun bu sahəyə marağı daha çoxdur. Bunun nəticəsidir ki, zəhməti öz bəhrəsini verib, o, I qrupda imtahan verərək ali məktəbə qəbul zamanı yüksək bal toplayıb və rayonumuzun birincisi olub. Qədim həm də rayonumuzun ümumtəhsil məktəblərinin məzunları arasında məktəbi fərqlənmə ilə bitirənlərdəndir.

    Günel Cəfərova – 626 bal

    Evoğlu kənd tam orta məktəbinin məzu-nu Günel Cəfərovanın, onun valideynlərinin və müəllimlərinin sevinci hədsizdir. Günel onların etimadını doğruldaraq, I ixtisas qrupuna imtahan verib və 626 bal toplayıb.
    O deyir ki, riyaziyyat fənnini ona sevdirən hal-hazırda təqaüddə olan Efdibidə müəllimdir. XI sinifdə isə riyaziyyatı onlara Nüşabə müəllim tədris edib.

    Murad Qarayev–610,7 bal

    Mamırlı kənd tam orta məktəbində təhsil alıb. O, rayonumuzun təhsildə uğur qazanan şagirdlərindəndir. Coğrafiya fənni üzrə keçirilən olimpiadada iştirak edərək, 2-3-cü yerlərin qalibi olub. O, təkcə orta məktəbdə oxuduğu dərslərlə kifayətlənməyib, həm də onlayn dərslərə qatılıb. İndi həm təhsil aldığı Mamırlı kənd tam orta məktəbini xüsusi nümunəli attestatla bitirib, həm də ikinci qrupda ali ixtisas məktəblərinə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub.

    Leyla Allahverdiyeva–608 bal

    Səhlabad kənd tam orta məktəbinin məzunudur. Orta məktəbi fərqlənmə ilə bitirib. Arzusu hüquqşünas olmaqdır. Odur ki, üçüncü qrupda imtahan verib, 600- dən yuxarı bal toplayıb. Artıq arzusu reallaşmaq üzrədir. Çünki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Bunun üçün ona elmin sirlərini öyrətmiş müəllimlərinə və onu böyüdən valideynlərinə minnətdarlığını bildirir.

    Ataxan Tağızadə – 602,5 bal

    Şıxarx 1 saylı tam orta məktəbinin məzunudur. Orta məktəbi əla qiymətlərlə bitirib. Ali məktəbə qəbul imtahanından müvəffəqiyyət qazanıb, 602,5 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Bunun üçün valideynlərinə və zəhməti olan bütün müəllimlərinə öz minnətdarlığını bildirir. Ali təhsil müəssisəsində daha mükəmməl çalışaraq, onların etimadını doğruldacağına söz verir.

    Rza Qədimzadə–602 bal

    1 saylı tam orta məktəbin əlaçı şagirdlərindəndir. Gələcəkdə hüquqşünas olmaq arzusu ilə yaşayıb. Nəhayət, arzusuna çatmağın bir addımlığındadır. Axı, həm orta məktəbi fərqlənmə ilə bitirib, həm də üçüncü qrupda imtahan verərək 600-dən yuxarı bal toplayıb. Bunun üçün ona dəstək olan valideynlərinə və elmin sirlərini öyrədən müəllimlərinə minnətdardır.

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.