Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    Sevincimizin
    həddi-hüdudu yoxdur

    Yeni dərs ilində məktəbimiz üçün tikilən yeni binanın istifadəyə verilməsi nəzərdə tutulub.
    Hazırda 432 şagird yerlik binada son tamamlama işləri görülür. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.
    Məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir.
    Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb.Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Məktəbin həyətində hasar çəkilib, nəzarət-buraxılış məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma dirəkləri basdırılıb.
    Hazırda həyətə tamet və asfalt örtük döşənir, abadlıq işləri aparılır.
    Məktəbimizin şagird və müəllim kollektivi “Bilik günü”nü səbirsizliklə gözləyir.
    Bizim üçün yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xa-nım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

    Elşən Səfərov,
    Xoruzlu kənd tam orta
    məktəbinin direktoru

     

    Müəllif: Redaktor, 09:51

İsmarıclar bağlıdır.