Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Sen

    Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.

    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Ağalar  Vəliyevin köməkçisi İlham Musayev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayonun təhsil işçiləri, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

    Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

    Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

    İcra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki,  Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

    Rayon rəhbəri Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını, artıq yeni dərs ilində şagirdlər yeni tikilmiş 432 şagird yerlik yeni binada təhsil alacağını, şəhər 5 saylı tam orta məktəb üçün də yeni 360 şagird yerlik yeni bina inşa edildiyini bildirib.

    Qeyd edib ki, rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 420 nəfərdən 302 nəfəri ali (onlardan 276 nəfəri bu ilki, 26 nəfər isə əvvəlki illərin məzunlarıdır), 46 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Bu il ali məktəbə daxil olanların sayı ötən illə müqayisədə 96 nəfər çoxdur. 6 nəfər 600-dən yuxarı, 21 nəfər 500-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan şəhər 1 saylı, Qaradağlı, Evoğlu, Mamırlı, Səhləbad, Şıxarx 1 saylı tam orta məktəbin məzunlarıdır.  6 nəfər isə Naxçıvanski adına hərbi liseyeə daxil olub.

    Ali məktəblərə qəbul zamanı Buruc (11 nəfər), Qapanlı (6 nəfər) , Şıxarx kənd 1 saylı (7 nəfər), Hacıqərvənd (10 nəfər), şəhər 5 saylı (11 nəfər), Köçərli kənd (13 nəfər) və şəhər 6 saylı (15 nəfər) tam orta məktəbləri fərqlənmişlər.

    Cari ildə orta məktəbi bitirib ali məktəbə sənəd verənlərin qəbul olma faizinə görə Buruc 73%, şəhər 2 saylı məktəb lisey 70%, Qapanlı 67%, Şıxarx kənd 1 saylı 64%, Hacıqərvənd kənd 56%, şəhər 5 saylı 55%, Köçərli kənd 54% və şəhər 6 saylı tam orta məktəb 52% nəticə əldə etmişlər.

    Sevindirici haldır ki, cari ildə Mamırlı kənd tam orta məktəbin məzunu Murad Qarayev  buraxılış imtahanlarında əla qiymət almış, Respublika Fənn Olimpiadasında qalib olduğuna görə Təhsil Nazirliyi tərəfindən “Qızıl” medalla təltif olunmuşdur. Murad 610 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

    Təəssüflər olsun ki, 2021-2022-ci dərs ilində Qazyan, Yuxarı Sarıcalı, Borsunlu kənd tam orta məktəblərinin hər birindən bir nəfər, İsmayılbəyli kənd tam orta məktəbindən isə 2 nəfər  ali məktəbə qəbul olunmuşdur. Başqa sözlə desək ali məktəbəbə sənəd verən məzunların Qazyan kənd tam orta məktəbindən 7, Yuxarı Sarıcalı kənd tam orta məktəbindən 10, Borsunlu kənd tam orta məktəbindən 13, İsmayılbəyli kənd tam orta məktəbindən 15%-i ali məktəbə qəbul olub. Bu isə çox aşağı göstəricidir. Adıçəkilən məktəblərin direktorları bundan nəticə çıxarmalı, rəhbərlik etdikləri məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

    Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev, şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhramanı Anar Əliyevin atası Vaqif Əliyev, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev, tələbə adını qazanmış “Azərbaycan Bayrağı” ordenli qazi Elnur Salahov, şəhid Mehman Əliyevin qızı Ceyhunə Əliyeva, rayon üzrə ən yüksək bal toplayan Qaradağlı kənd tam orta məktəbinin məzunu Qədim Qədimli, “Qızıl Medal” almış Mamırlı kənd tam orta məktəbinin məzunu Murad Qarayev  çıxış edərək öz ürək sözlərini bildiriblər.

    Tədbirdə yüksək nəticə göstərərək tələbə adını qazanan məzunlara rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyev tərəfindən fəxri fərman, pul mükafatı, qiymətli hədiyyələr, bu il birinci sinifə gedən 4 şəhid və 3 qazi övladına isə rayon icra hakimiyyəti, Heydər Əliyev və YAŞAT Fondu tərəfindən məktəbli ləvazimatları verilib.

    Tədbir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı və  şəhər 5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının çıxışları ilə davam edib.

     

    Müəllif: Redaktor, 08:31

İsmarıclar bağlıdır.