Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik məktəbdə aparılan son tamamlama işləri ilə tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.

    Qeyd edək ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Artıq ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

    Məktəbin həyətinə hasar çəkilib, nəzarət buraxılış məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma dirəkləri basdırılıb.

    Xoruzlu kənd tam orta məktəbinin şagirdləri bu il “Bilik günü”nü yeni məktəbdə qarşılayacaqlar.

     

    Müəllif: Redaktor, 08:37

İsmarıclar bağlıdır.