Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Ürəkaçan nəticələr arzulayırıq

    Pambıq yığımının başlamasına sayılı günlər qalıb. Cari ildə havaların quraq keçməsi bu sahədə bir sıra çətinliklər ya-ratsa da, fermerlərimiz bütün imkanlarını maksimum səfərbər edərək, bol məhsul yetişdirmişlər.
    Tərtər rayon Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudovun verdiyi məlumata görə, 2022-ci ilin məhsulu üçün 3440 hektar ərazidə pambıq becərilməsi məqsədilə 1087 nəfər istehsalçı ilə müqavilələr bağlanıb.
    Qeyd olunmalıdır ki, Tərtər rayonu bir neçə ildir ki, pambıqçılıqda hər hektarın məhsuldarlığına görə ölkə üzrə bi-rincilər sırasındadır. Ötən il isə bu rəqəm 31,8 sentner təşkil edib. Ayrı-ayrı fermerlər – Fazil Vəliyev, Miri Rzayev, İlkin Qurbanov pambıqçılıqda yüksək göstəricilərə nail olaraq, hər hektar sahədən 45-50 sentner məhsul götürmüşlər.
    Cari ildə həm iqtisadi çətinliklərə, xüsusən də Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya nizamının pozulmasına, gübrə çatışmazlığına, həm də iqlim dəyişikliklərinə baxmayaraq, fermerlərimiz gecəni gündüzə qatıb, yaxşı məhsul becəriblər.
    Azad olunmuş Suqovuşan Su Anbarından suyun gəlməsi də bu işdə onlara kömək olub.
    Qarşıdakı günlərdə pambıqçılıqda ən mühüm mərhələ olan yığım başlayacaq. İndi bütün təsərrüfatlarda mövcud texnika bir daha nəzərdən keçirilir, son təmir işləri aparılır.
    Pambıq təhvil veriləcək məntəqələrdə də hazırlıq işlərinin qızğın çağıdır.
    Vaxtıilə sovetlər dönəmində “ağ qızıl” adlandırdığımız bu texniki bitkinin becərilib hasilə gəlməsi olduqca çətin və çox zəhmət tələb edən bir prosesdir. Lakin nəticələr uğurlu olanda, zəhmət bəhrə verəndə çətinliklər arxada qalmış olur.
    Odur ki, hər birinizə yaxşı nəticələr, bol ruzi, ailə büdcənizin möhkəmləndirilməsini arzulayırıq, əziz fermerlər.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:37

İsmarıclar bağlıdır.