Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Haqqında sizə söhbət açmaq istədiyim Qasımova Şəhla Camal qızı ömrünün ahıl çağını yaşayan nurani bir qadındır. Çoxları onu Şəhla müəllim kimi tanıyır. Səsi-sorağı uzaqlardan gələn, sayılıb-seçilən vəzifə sahibləri olanlar onun nəzərində hələ də uşaqdırlar. Tez-tez ona baş çəkməyə gələnlər müəllimlərini nə qədər sevdiklərini, yaşın kövrəkliyi artdıqca insanın xatirələrə nə qədər bağlı olduğunu bir daha duyurlar. Biri elə məktəb direktoru işləyən Vəsilə müəllim. “Sinif müəllimimlə hər görüşəndə özümü uşaq kimi hiss edirəm”, – deyir.
    Şəhla müəllim təkcə dərs dediyi uşaqlarçün sevimli sinif müəllimi deyil, övladları üçün ana, qohumları üçün xala, bibi, qonşular üçünsə hər yerdə sözünün dəyəri olan ağbirçəkdir. O, yüzdən çox yaşı olan şəhər 1 saylı orta məktəbi bitirib. Sovet dönəmində sənədlərini o zamankı pedaqoji instituta verib. İnstitutun metodika fakültəsini bitirib. 1966-cı ildə əmək fəaliyyətinə şəhər 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Sənətinə məhəbbəti, məsuliyyətliliyi, içtimai işlərdə fəallığı ilə seçilib. İşinə çox həvəslə yanaşan gənc müəllimi çox keçmədən rayon komsomol komitəsinə uçot şöbə müdiri vəzifəsinə irəli çəkiblər. Dəfələrlə yaxşı işinə görə fəxri fərmanlar, təşəkkürnamələr alıb.
    Uşaqlara bağlılığı, işinə olan marağı onu yenidən doğma məktəbə qaytarıb. Təqaüdə çıxdıqdan 10 il sonra da məktəbdən ayrılmayıb. Tam 50 illik əmək fəaliyyəti tamamlanana ki-mi.
    İllər ona təkcə işdə uğurlar qazandırmayıb. Xoşbəxt ailə də qurub. 2 övlad sahibi olub. Həyat yoldaşını vaxtsız itirsə də, halal müəllim zəhməti ilə balalarını böyüdüb.
    Oğlu mühəndis, qızı isə müəllimdir. Hal-hazırda İsraildə yaşayan qızı müəllimlik sənətini davam etdirir.
    Həyatın çətinliklərindən qorxmayan Şəhla müəllim təkcə öz ailəsində, qohumlar arasında deyil, həm də tay-tuşları, qonşuları arasında sayılıb-seçilən ahıllardandır.
    Xöşxasiyyət, qayğıkeş bu qadın tanıdığı hər kəslə ünsiyyət qurmağı, faydalı nəsihət verməyi, düzgün yol göstərməyi bacarır. Bu isə ona hörmət, başucalığı gətirir.
    Şəhla müəllim deyir ki, ən böyük müəllim həyatdır. Bu böyük müəllimin həyat imtahanından uğurla çıxmağı bacaran ağbirçəyə cansağlığı arzulayırıq.

    Roza Məhəmmədi,
    şəhər 2 saylı məktəb-liseyin
    tarix müəllimi

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.