Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Bəzi tarixlər heç vaxt unudulmur. Günlər, həftələr, aylar, illər keçsə də. Bu tarix qanla yazılıbsa heç bir zaman unudulmaz, yaddaşlardan silinməz. Sentyabır ayı unudulmayan bir tarix oldu. 2020-ci il sentyabrın 27-də başlayan müharibə xalqın illərdi gözlədiyi an oldu.
    İki il bundan əvvəl olan müharibə bizdən mərd oğullar aldı. Bununla belə, II Qarabağ müharibəsi bizə həyatda birliyi, cəsurluğu, qorxmazlığı göstərdi. Ön cəbhəyə yollanan hər bir hərbçinin, əsgərin ürəyi vətən eşqiylə döyünürdü. Gözlərini qırpmadan torpaq, vətən uğrunda canlarından keçən cəsur oğullarımız sözdə deyil, əməldə cəsurluqlarını göstərdilər. 30 il əvvəl işğal olunan torpaqların həsrətiylə yaşayan insanlar bu müharibədə Vətən üçün əllərindən gələni etdilər.
    Sakini olduğum Tərtər rayonunun sakinləri də bunun ən bariz nümunəsidir. Müharibə sözü əslində bizə ağır gəlirdi. Ancaq qələbə sevinci yaşadan müharibə qorxulu müharibə ol-madı. İnsanların neçə il çəkdiyi yurd-yuva həsrətinə son qoyan müharibə Azərbaycan xalqının iradəsini, birliyini, cəsurluğunu və qorxmazlığını bütün dünyaya göstərdi. Müharibə dövründə ön cəbhədə silahla vuruşan mərd oğullarımızla yanaşı, arxa cəbhədə də birlik yaradan xalqımız da qəhrəmandır. O kəslər ki, səngərdə olan əsgərlərimizə güvənib bir an belə yurd-yuvalarını tərk etmədilər. Xəstəxanalarda, cəbhədə yaralı əsgərlərimizin şəfa tapması üçün əlindən gələni edən tibb bacılarımız, həkimlərimiz, müharibənin başlanğıcından sonunadək rayonlarımızda, cəbhədə gərgin anların olmasına baxmayaraq, vəziyyətdən asılı olmayaraq hər bir anı çəkib ictimaiyyətə təqdim edən jurnalistlərimiz də arxa cəbhənin qəhrəmanlarıdır. Çəkilişlərdən və canlı şəkildə də şahidi olurduq ki, atəş açılanda heç bir kəs qorxub qaçmır, əksinə, mərmi düşən əraziyə yaxınlaşırdı. İnsanların gözündən qorxmazlıq, neçə il düşmənə qarşı ürəklərində saxladıqları kin, nifrət açıq-aydın görünürdü.
    Vətən Müharibəsində ön cəhbədə duran qəhrəmanları-mızla yanaşı, arxa cəbhədə də təxribatların yaranmaması, in-sanlarn təşvişə düşməməsi üçün evsiz qalan insanlara yardım göstərən, əhalinin ərzaqla və digər şeylərlə təminatı qayğısına qalan rayon rəhbərliyi də arxa cəbhənin qəhrəmanlarındandır. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü göstərdi. Müharibə nədir? Müharibə necə olar? Birliyimiz bu suallara cavab oldu .
    Qanla yazılan heç bir tarix unudulmur. O qan şəhid qanıdırsa, heç bir vaxt unudulmaz. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə başsağlığı, qazilərimizə isə şəfa diləyirik.
    Şəhidlər ölməz, Vətən bölünməz!.
    “QARABAĞ AZƏRBAYCANDIR!”

    Sevda Nəsir

     

    Müəllif: Redaktor, 11:02

İsmarıclar bağlıdır.