Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokurou Əli Qurbanov və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Zəfər günü ərəfəsində  Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danişan icra başçısı Müstəqim Məmmədov ordumuzun erməni ordusunun məglubedilməzliyi haqqında yayilmış “əfsanə”nin əslində yalan oldugunu üzə çıxardıgını, erməni vandalizminə son qoydugunu bildirib. Azərbaycan Ordusunun 44 gündə onları diz çökdürdüyünü, Ermənistanın kaptulyasiya aktına imza atdıgını qeyd edib. Bu qələbənin məhz Elməddin kimi ogulların sayəsində qazanıldıgını, onların sayəsində 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu deyib. Rayon rəhbəri şəhidin valideynlərinə Elməddin kimi ogul böyütdükləri üçün minnətdarlıgını bildirib.

    Qeyd edək ki, Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə”   medalları ilə təltif edilib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

     

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.