Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Noy

    44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş oğullarımızdan biri də rayonumuzun Cəmilli kəndinin sakini Azər Abdullazadədir. Azər bu şərəfli ada 19 yaşında layiq görülüb. Bu günlərdə Azər Abdullazadəni redaksiyamıza dəvət edib, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O dedi:

    – Vətən müharibəsi başlayanda, müddətli həqiqi hərbi xidmətimi başa vurmağıma üç gün qalmışdı. Mənim əmim Natiq Abdullayev I Qarabağ müharibəsi şəhididir, atam isə həmin müharibənin iştirakçısıdır. Ailə ənənələrimizi davam etdirərək, mən də döyüşlərə qatıldım. Tankçı idim. Xidmət etdiyim müddətdə bu peşəni öyrənmişdim. Sentyabrın 30-da yaralandım, bir gün sonra yenidən cəbhəyə qayıtdım. 11 oktyabra qədər düşmənin xeyli texnikasının sıradan çıxarılmasına nail oldum və 25 hərbçisini məhv etdim. Tankımız Cəbrayıla doğru irəliləyirdi. Hər alınan rayon, kənd hərbçilərimizin ürəyinin təpərini artırır, qolumuza güc-qüvvət verirdi. Var gücümüzlə düşmənin üzərinə gedir, ana torpağımızı onların tapdağından azad edirdik.
    Oktyabrın 11-də idarə etdiyim tank vuruldu və alışdı. Tankın içərisində üç nəfər idik. Leytenant Murad Nağıyev şəhidlik zirvəsinə ucaldı, məni isə sürücü-mexanik Elsevər Hümbətli yanan tankın içindən çıxararaq, üstümü torpaqla örtdü və alovu söndürdü.
    İndi Qələbəmizdən iki il ötür. Bu müddətdə biz qazilər Prezident İlham Əliyevin, dövlətimizin, bütün xalqımızın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Həm ölkə daxilində, həm də xaricdə müalicəmiz davam etdirilir. Müxtəlif dövlət tədbirlərinə dəvət olunuruq. İşğaldan azad edilmiş torpaqları gəzib, döyüşdüyümüz, qan tökdüyümüz yerlərə qalib əsgər kimi ayaq basırıq. Bu, çox qürurverici hissdir.
    Əgər Ali Baş Komandan İlham Əliyev yenidən əmr verərsə, hamımız bir nəfər kimi Vətənimizin müdafiəsinə hazırıq!

    Müəllif: Redaktor, 08:36

İsmarıclar bağlıdır.