Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Noy

    Şəhid Adil Həsənov adına Buruc kənd tam orta məktəbində keçirilən tədbir şəhidlər Ruslan Şahbazova, Orxan Şəmilova və Mübariz Nəcəfova həsr olumuşdu. Tədbirin keçirilməsində məqsəd məktəbin ən fəal siniflərinə şəhidlərimizin adlarının verilməsi və əbədiləşdirilməsidir. 3-cü sinfə 44 günlük Vətən Müharibəsi şəhidi Ruslan Şahbazovun, 6-cı sinfə 2008-ci il-də mənfur ermənilərin təxribatı nəticəsində şəhid olmuş Orxan Şəmilovun, 8-ci sinfə isə Birinci Qarabag müharibəsi şəhidi Mübariz Nəcəfovun adları verildi. Hər üç sinifdə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda və erməni vandalizmi nəticəsində şəhid olmuş igidlərin keçdiyi həyat yolunu xatırladan məlumatlar, şəkillər vurulub, xüsusi guşələr yaradılıb. Məktəbin müəllim və şagirdləri əvvəlcə şəhidlərin uyuduğu məzarları ziyarət edib, üstünə gül-çiçəklər düzüb, evlərinə gedərək valideynləri yad ediblər.
    Sonra tədbir məktəbin klubunda geniş proqramla davam etdirildi.
    Məktəbin müəllimləri Tacirə Məmmədli, Şəhanə Hüseynova, Ziyafət Almasova, Nüşabə Misirova qonaqlara şəhidlər haqqında ətraflı məlumatlar verdilər.
    Buruc kənd tam orta məktəbin direktoru Niyaməddin Aslanov, icra hakimiyyəti aparatının nümayəndəsi Rəqsanə Məmmədli, təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatı sədrinin müavini Azər Ağayev, Vətən Müharibəsi Qəhrəmanı, qazi Azər Abdullazadə, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri Birliyinin rəhbəri Vidadi Məmmədzadə və başqaları çıxış edərək öz ürək sözlərini söylədilər, şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə sağlamlıqlarına qovuşmalarını dilədilər. Məktəbin şagirdləri Vətən, torpaq və şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Tədbirin keçirilməsində məktəbin müəllimləri Gülsəba Tağıyeva, Ləman Aslanova, hərbi rəhbər Qoşqar Bayramov, təşkilatçı müavin Nəsibə Nəcəfova və başqaları fəallıq göstərmişlər.
    Tədbirdə Ruslan Şahbazov, Orxan Şəmilov və Mübariz Nəcəfov haqqında qısa videoçarx nümayiş etdirildi. Sonda şəhid valideynləri Pərvanə Şahbazova və Alay Nəcəfov çıxış edərək şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 08:49

İsmarıclar bağlıdır.