Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixoloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti barədə danışıblar.
    Rayon Mərkəzi Xəstəxanasının həkimi Həqiqət Xanlarova öz çıxışında uşaqların fiziki sağlam böyüməsini önə çəkərək, bu sahəyə lazımi diqqətin ayrılma-sının vacibliyini bildirib.
    Tədbridə həmçinin Tərtər Rayon Təhsil Sektorunun metodisti Gülxar Abbasova, Tərtər rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Bəxtiyar Əliyev və məktəbin direktoru Niyaməddin Aslanov çıxış edərək, bir sıra təkliflərini veriblər.
    Məktəbin şagirdləri mövzu ilə əlaqədar rəsmlər çəkmiş və mü-əyyən əl işləri hazırlamışlar.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 14:04

İsmarıclar bağlıdır.