Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Kəndimizə məktub


    Bir əzabdır gülüşlərim,

     Mən sənsiz gülə bilmirəm

    Həsrət, hicran yaşlarını

    **********

    Çatdırıb silə bilmirəm.

    Yaşamıram, ömrüm yanır,

    İnsan insanlığın danır.

    Tanrı varkən haqq tapdanır,

    Niyəsin bilə bilmirəm.

     

    Yurddan şirin nemət varmı?

    Səndən gözəl bir kənd varmı?

    Bundan betər bir dərd varmı?

    –Qoynuna gələ bilmirəm.

      *********

    Ürək söndü, ağardı saç,

    Xəstə canım sənə möhtac.

    Ölümdür ən doğru əlac,

    Mən sənsiz ölə bilmirəm

    **********

    Nahaqdan yazıldı bu tale bizə,

    Tanrı sınağından çıxıb gələcəm.

    Tullayıb bir yana ağlı, məntiqi,

    Qəlbimin sözünə baxıb gələ

    **********

     Yetər eşitdiyim quru vədləri,

    Girəvə yoxsulu çox namərdləri.

    Keçib sərhədləri, aşıb sədləri

    Dağları-daşları yıxıb gələcəm.  

    **********

      Yenə qovuşacam ötən çağlara,

    Cənnət meşələrə, behişt bağlara,

    Bir ağ yağış olub yağıb dağlara

       Sellərnən, sularnan axıb gələcəm                                                                                                                               

     **********

    Büllur bulaqların gözündən öpüb,

    Binə yerlərinin izindən öpüb,

    Doğma üfüqlərin üzündən öpüb,

    Bahar şimşəyitək çaxıb gələcəm.  

     **********

    Yüz ömür bəs etməz səndən doymağa,

    Saf ürək gərəkdir səni duymağa.

    Mənsiz məzarımın üstə qoymağa

    Bir dəstə yasəmən yığıb gələcəm.

     **********

    Bu fələk bir daha mənimlə əysə,

    Yolumu qar-boran, fırtına döysə,

    Sinəmə bir yağı gülləsi dəysə,

    Əlimi yarama sıxıb gələcəm.

    **********

     

    Bir gün taleyimin yanından ötüb,

    Zəvvar tək Kəbənin qoynuna yetib,

    Torpağını öpüb, daşını öpüb

    Hüsnünə doyunca baxıb…, öləcəm!

    Zabil Süleymanoğlu

    4 – 19 dekabr 2014-cü il

                                                                             

    Müəllif: Redaktor, 13:16

    Teqlər:

İsmarıclar bağlıdır.