Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    Изображение 002DSC_3150(1)Ermənilərlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı kəndində müasir üslubda inşa olunmuş həkim məntəqəsinin açılışı oldu.
    Tədbiri giriş sözü ilə Qarağacı kənd İƏD-i üzrə nümayəndə Lətif Həmidov açdı.
    Sonra kənd ağsaqqalı Məzahir Quliyev, rayon mərkəzi xəstəxa-nasının baş həkimi Yaşar Hüseynov çıxış etdilər.
    Binanı inşa edən Azərbaycan Respublikası Ərazisinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktor müavini Əhməd Əhmədzadə çıxışında göstərdi ki, bu kənddə agentliyimiz tərəfindən 5 subartezian quyusu qazılıb. Müharibədən zərər çəkmiş bir çox evlərdə bərpa işləri görülüb. Bu işlər indi də davam etdirilir.
    Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev yeni həkim məntəqəsinin istifadəyə verilməsi münasibətilə kənd camaatını təbrik etdi.
    Rayon icra hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov cəb-həyanı kəndlərimizdə bu cür layihələr–kəndin ətrafına istinad divarlarının çəkilməsi, yeni ar-tezianların qazılması, kəndə gedən yolun xeyli hissəsinin as-faltlanması, gecə işıqlandırma sisteminin çəkilişi və digər işlərin həyata keçirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir.
    Sonda icra başçısı kənd ağsaqqalı Əli Əliyevlə birlikdə binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi.

    Müəllif: Redaktor, 10:42

    Teqlər:

İsmarıclar bağlıdır.