Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Dek

      Tərtər Rayon Gənclər Mərkəzində “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı və “Pasient Təşkilatları İttifaqı”-nın tərəfdaşlığı ilə 2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində görüş keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi sədri Rauf Zeyni, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloq, professor Könül İsmayılova və şəkərli diabet xəstələri iştirak ediblər.

    Tədbirdə Vətən uğurunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, giriş sözü Tərtər RİHB-nin əməkdaşı Rəqsanə Məmmədli açaraq, iştirakçıları salamlayıb.  Daha sonra İctimai Birliyin sədri Rauf Zeyni layihə haqqında məlumat verdikdən sonra, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloqu, professor Könül İsmayılova iştirakçılarla xəstəyə özünə nəzarət qaydalarını öyrətmək, hipoqlikemiyanın ola bilməsi haqqında xəbərdarlıq etmək və onu aradan götürmək yollarını öyrətmək, diyetoterapiyanın qaydalarına yenidən baxmaq və.s kimi mövzularda söhbət aparmışdır.

    Daha sonra Tərtər RMXPHŞ direktor müavini-baş həkim Bəkir Nağıyev 2-ci tip şəkərli diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstəliyin ağırlaşmalarını azaltmaq məqsədilə görüləcək tədbirlər barədə öz fikirlərini bildirib.

    Tədbir müzakirələr şəklində davam edib.

    Sonda İctimai Birlik tərəfindən tədbir iştirakçılarına marifləndirici bukuletlər paylanılıb.

     

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.