Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev    Ulu Öndərin  hakimiyyəti illərində gənclərin təhsilinə, milli mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunmasına  göstərilən diqqət və qaygıdan, Azərbaycan gəncliyinə  verdiyi yüksək dəyərdən də söhbət açıb.

    Qeyd olunub ki, Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə  dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

    Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması oldu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2  fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş Verdi  və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

    Bu gün Umummilli Liderin gənclər siyasəti onun siyasi kursunun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O,daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.

    “Dəyirmi masa”da xəstəxananın baş  həkimi Bəkir Nağıyev, Xəstə xidmətləri şöbəsinin qeydiyyatçıları Bəsirə Həsənzadə, Nərgiz Əlizadə, Müharibə iştirakçıları üzrə mütəxəsis Yusif Qurbanzadə və  ailə sağlamlıq mərkəzinin tibb bacısı Nərgiz İsayeva da  çıxış ediblər. Çıxışlarda Ulu Öndərin gənclər siyasətinin banisi olması, Azərbaycan gənclərinin iştimai-siyasi həyatda qazandığı uğurlara görə  Umummilli Liderə borclu olduğu vurğulanıb.

     

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.