Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    Tərtər Bölgə Təcrübə Stansiyası – yüksək məhsuldar dənli bitkilərin yetişdirilməsi ünvanı

    Hörmətli oxucular, Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildə Gəncə Seleksiya Stansiyasının dənli bitkilər şöbəsi əsasında yaradılmışdır. Burada bütün yaşayış şəraiti yaradıldıqdan sonra (körpələr evi-uşaq bağçası, rus dilində 7-illik məktəb, yaşayış üçün ictimai binalar və s.) Rusiya Federasiyasından kənd təsərrüfatı mütəxəssisləri və başqa obyektlərdə işləmək üçün mütəxəssislər gətirilmişdir. Həmçinin yerli azərbaycanlılar da işə qəbul olu-nurdular.

    Bu elmi idarənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatının yüksəl-dilməsi və yeni dənli bitkilərin növlərinin artırılmasından ibarət olmuşdur. Ən öncə alınan “Arandəni“ bərk buğda sortunun məhsuldarlığı 30-35 sentner idi. Sonra “Şirvandəniz” arpa sortu(məhsuldarlığı 35-40 sentnerdir), “Naxçıvandə-ni” arpa (məhsuldarlıq 35-40 sentner), 1944-cü ildə “Şərq” bərk buğda sortu (məhsuldarlıq 35-40 sentner) olmuşdur. Beləliklə, stansiyada daha yüksək məhsuldar sortların alınması üçün qızğın işlər, elmi axtarışlar aparılırdı.
    1988-ci ildə yeni alınan “Mirbəşir-50” bərk buğda sortu 40-45 sentner məhsul verir.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra burada güclü elmi təcrübələr aparılmış və nəticədə taxılçılıqda ən yüksək məhsuldarlığa nail olunmuşdur, hətta 2014-cü ildə “Fatimə” arpa sortu 80-90 sentner məhsul vermişdir.
    Bölgə Təcrübə Stansiya-sının elmi fəaliyyəti dövründə burada 50-dən çox bərk və yumşaq buğda, 7 arpa, 1 çovdar, bir tritikali və bir vələmir sortları alınmışdır. Stansiyada yeni dənli bitki sortları alınmaqla yanaşı, eyni zamanda yeni alimlər də yetişdirilib. Bu alimlər sırasında yerli tərtərlilər də vardır. Bəyiş Mirzəyev, Abdulla Abdullayev, Əjdər Sarıyev, Şirin Sarıyev, Fərman Qurbanov, Faiq Məmmədov, Mehman Babayev. Bu alimlər ayrı-ayrı vaxtlarda stansiyada direktor işləyiblər. Hal-hazırda stansiyaya yeni təyin olunmuş direktor Rəşad Familzadə ilk öncə iş rejiminə riayət etmək, məsuliyyətli olmaq, iş vaxtından səmərəli istifadə etmək, səliqə-səhman yaratmaqla qəsəbədə canlanmaya səbəb olmuşdur. İdarə ətrafindakı parkda, meşə zolağında ağacların budanması, gövdələrinin əhənglə ağardılması, yeni parkın salınması, idarə ətrafının və yolların təmiz saxlanılması qəsəbədə rəğbətlə qarşılanıb. Təsərrüfatın hər yerində canlanma gözəçarpandır.
    İstər taxıl biçini, istər toxumtəmizləmə zamanı işlər yüksək səviyyədə və qısa müddətdə yerinə yetirilmişdir. Taxılçılıqla məşğul olan fermerlər, o cümlədən Naxçıvan Muxtar Respublikasında da taxılçılar dənli bitki toxumu ilə təmin olunmuşlar.
    Stansiyada bu ilin səpin kampaniyası yüksək səviyyədə və qısa müddətdə yerinə yetirilmişdir.
    Bütün sahələrdə torpaq suyu verilməsinə vaxtında başlanılmış və bu iş keyfiyyətlə yerinə yetirilmişdir. Bütün səpin sahələrimiz yaşıl dona bürünüb. Gələcəyin bol məhsulunun təməli qoyulub. Bu işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində stansiyanın direktoru Rəşad Familzadənin əməyi böyükdür. Onun rəhbərliyi altında təsərrüfatda görülən işlərdə əməyi olan yoldaşların adlarını çəkmək yerinə düşər. Onlar toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev, Valeh Səfərov, Elyar Salayev, Tərgül Bayramova, baş mexanik Azər Rəcəbov, mexanizatorlar Əvəz Əliyev, Bəxtiyar Şahbazov, Yasin Bayramov, su texniki Zülfiqar Cabbarov və başqalarıdır.
    2023-cü il Tərtər BTS-nin 90 illik yubileyi ilidir. Bu yubiley münasibəti ilə stansiyanın rəhbərliyini, fəhlə və qulluqçuları, qəsəbədə yaşayan pensiyaçıları ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
    2023-cü ildə Vətənimizə, elimizə-obamıza, xalqımıza əmin–amanlıq, sülh, ruzi bolluğu diləyirəm. Qaçqın və məcburi köçkünlərə öz doğma torpaqlarına qayıdıb əbədi yaşamalarını, üçrəngli bayrağımızın əbədi olaraq işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasını arzulayıram.

    Səttar Muradov,
    87 yaşlı əmək veteranı

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.