Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
    Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
    2022-ci ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 98580 min manat olmuş, əvvəlki ilə nisbətən 2.3 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 59403.2 min manatı və ya 60.3 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
    Rayon üzrə 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25093.3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2021-ci ilə nisbətən 457.3 hektar və ya 1.8 faiz azalmışdır. Əkin sahəsinin 8364.3 hektarını və yaxud 33.3 faizini dənli və dənli paxlalı bitkilər, 5838.1 hektarını və yaxud 23.3 faizini texniki bitkilər, 1375.5 hektarını və yaxud 5.5 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9515.4 hektarını və yaxud 37.9 faizini yem bitkiləri təşkil etmişdir.
    2022-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 653.4 hektar və yaxud 7.2 faiz, o cümlədən buğda əkini 1318.3 hektar və yaxud 24.9 faiz azalmış, arpa əkini 621 hektar və yaxud 17.7 faiz, digər dənli və dənli paxlalılar əkini 43.9 hektar və yaxud 20.2 faiz artmışdır. Nəticədə 2022-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 35176.1 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 49.3 faizini və ya 17341.2 tonunu buğda təşkil etmişdir. Taxılın 45.2 faizi və ya 15891.9 tonu arpa, 4.7 faizi və ya 1662 tonu qarğıdalının, 0.8 faizi və ya 281 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2022-ci ildə arpa istehsalı 19.8 faiz, dən üçün qarğıdalı istehsalı 52.4 faiz, darı istehsalı 66.2 faiz, noxud istehsalı 42.7 dəfə artmışdır. 2022-ci ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 41.1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 43.6 sentner, arpanın məhsuldarlığı 38.5 sentner, qarğıdalının məhsuldarlığı 52.7 sentner, darının məhsuldarlığı 30 sentner, noxudun məhsuldarlığı 25.7 sentner, lobyanın məhsuldarlığı 51.5 sentner, soyanın məhsuldarlığı 30 sentner olmuşdur. 2021-ci ilə nisbətən dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı dəyişməmiş, buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 0.6 sentner, qarğıdalının məhsuldarlığı 1.1 sentner, noxudun məhsuldarlığı 0.2 sentner, lobyanın məhsuldarlığı 0.4 sentner, soyanın məhsuldarlığı 9.8 sentner artmışdır. 2022-ci ildə təkrar əkindən 797.7 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur ki, onun 748 tonu dən üçün qarğıdalı, 49.7 tonu darı olmuşdur.
    2022-ci ildə 3450.7 hektar sahədə pambıq əkilmişdir. 2021-ci ilə nisbətən pambıq əkini 0.3 faiz artmışdır. İl ərzində 11253.9 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 32.6 sentner olmuşdur. 2021-ci ilə nisbətən pambığın hər hektarından orta məhsuldarlıq 1.5 sentner və ya 4.8 faiz artmışdır.
    2022-ci ildə rayonda 193.4 hektar sahədən fiziki çəkidə 4152.4 ton, kondisiya çəkidə 3609.3 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 2021-ci ilə nisbətən 71.2 sentner və ya 24.9 faiz azalaraq 214.7 sentner olmuşdur.
    2022-ci ildə rayonda 2194 hektar dən üçün günəbaxan əkilmişdir. İl ərzində 6313.6 ton günəbaxan istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.4 sentner artaraq 26.8 sentner olmuşdur.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2022-ci ildə 359 hektar kartof sahəsindən 4107.8 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2021-ci ilə nisbətən 1.1 sentner artaraq 114.1 sentnerə çatmışdır.
    2022-ci ildə rayonun təsərrüfatlarında 13763.5 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Onun 13498.9 tonu əsas əkindən (1016.5 hektar), 264.6 tonu təkrar əkindən (21.6 hektar) istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 1.8 sentner və ya 1.4 faiz artaraq 132.8 sentner olmuşdur.
    2022-ci ildə 25.4 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1664.2 hektar, o cümlədən bar verən yaşda 1509.4 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 16352.6 ton meyvə və giləmeyvə toplanmışdır. Yeni salınmış meyvə bağlarının 14 hektarı xurma, 5 hektarı gilas, 2 hektarı alça, 1.4 hektarı ərik, 1 hektarı alma, 1 hektarı armud, 1 hektarı isə çiyələk bağlarıdır.
    Hesabat ilində rayonda 7.1 hektar üzümlük mövcud olmuşdur ki, onun ha-mısı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 806.1 ton üzüm yığılmışdır.
    Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 9515.4 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 101 hektarı birillik otlar, 9414.4 hektarı çoxillik otlar olmuşdur. 2022-ci ildə 114052.9 ton quru ot və 2439.7 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 1.1 sentner artaraq 120.8 sentner olmuşdur.
    Bundan başqa 2022-ci ildə rayonun təsərrüfatlarında 1290000 ədəd meyvə və 51000 ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
    2022-ci ildə rayonda 798.9 hektar sahədə təkrar əkin aparılmışdır ki, onun 269.2 hektarı dənli və dənli paxlalı bitkilər, 261.5 hektarı texniki bitkilər, 22.6 hektarı kartof və müxtəlif növ tərəvəz bitkiləri, 245.6 hektarı yem bitkiləri olmuşdur. Həmin təkrar əkin sahələrindən 797.7 ton dənli və dənli paxlalılar, 434.4 ton texniki bitkilər, 276.6 ton kartof və müxtəlif növ tərəvəz, 423.3 ton quru ot və 2439.7 ton yem üçün yaşıl kütlə istehsal edilmişdir.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.