Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2023-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
    Uçotda rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13877 uçot vahidi sorğuya cəlb olunmuşdur.

    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
    İribuynuzlu mal-qara. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda 31503 baş iribuynuzlu mal-qara, o cümlədən 13220 baş inək və camış olmuş və onların sayı il ərzin-də müvafiq olararq 4.5 və 4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2019-cu il yanvarın 1-nə nisbətən 2983 baş və ya 10.5 faiz, 2020-ci il yanvarın 1-nə 1836 baş və ya 6.2 faiz, 2021-ci il yanvarın 1-nə 2103 baş və ya 7.2 faiz artmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12156 başdan 13220 başa çatmaqla 8.9 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 42 faizini inək və camışlar, 1646 başı və ya 5.2 faizini düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 31243 baş və ya 99.2 faizini inək naxırı, 260 baş və ya 0.8 faizini camış naxırı təşkil edir.
    Rayonda mövcud olan iribuynuzlu mal-qaranınm 97.3 faizi və ya 30658 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99.8 faizi və ya 31450 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 43470 baş qoyun və keçi (o cümlədən 42186 baş qoyun, 1284 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 38 baş və ya 0.1 faiz azalmışdır.
    Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 56.3 faiz, keçi sürüsünün tərkibində isə anoloji göstərici 58.9 faiz təşkil etmişdir.
    Rayonda mövcud olan qoyun və keçilərin 96 faizi və ya 41740 başı ailə kəndli və ev təsərrüfatlarına, 96 faizi və hamısı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Atlar. 2023-cü il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 548 baş təşkil etmişdir. Atların ümumi sayının 97.8 faizi və ya 536 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. Onların baş sayı 2022-ci il yanvarın 1-i ilə müqayisədə 2.8 faiz və yaxud 16 baş azalmışdır.
    2023-cü ilin əvvəlinə rayonda 94 baş eşşək mövcud olmuşdur.
    Quşlar. Uçot məlumatlarına görə cari ildə yanvarın əvvəlinə quşların sayı 218659 baş təşkil etmişdir ki, ötən illə müqayisədə 5.3 faiz və yaxud 12197 baş azalmışdur. Mövcud olan quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
    Arı ailələri. 2023-cü il yanvarın əvvəlinə rayonda 6390 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 5.9 faiz artmışdır. Hazırda rayonda 445 təsərrüfat arıçılıqla məşğul olur.
    Mal-qara və quşların movcudluğuna görə kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının qruplaşması məlumatlarına əsasən cari ilin əvvəlinə onların 38.3 faizində iribuynuzlu mal-qara, o cümlədən 37.1 faizində inək və camış, 6.6 faizində qoyun, 1 faizində keçi, 67.4 faizində quş saxlanılır. Bir təsərrüfata düşən qaramalın sayı 5.7 baş, o cümlədən inək və camışların sayı 2.5 baş, qoyunların sayı 43.5 baş, keçilərin sayı 9.1 baş, quşların sayı 23.4 baş təşkil et-mişdir.
    2023-cü il yanvarın 1-i vəziyyətinə kənd yerlərində iribuynuzlu mal-qarası olan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının 669-da (13 faizində) qaramalın sayı 10 başdan, qoyun saxlayan təsərrüfatların 246-da (27.5 faizində) qoyunların sayı 50 başdan, ondan 13-də (1.5 faizində) isə 200 başdan yuxarı olmuşdur.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 13:28

İsmarıclar bağlıdır.